Xəbərlər

Ermənistan “Xalq artisti” və “Əməkdar artist” adlarını LƏĞV EDİR

iyn-17
17:20 2022

Ermənistan “Xalq artisti” və “Əməkdar artist” fəxri adlarını ləğv etməyə hazırlaşır. Əvəzində “Əməkdar Mədəniyyət İşçisi” və “Əməkdar İncəsənət Xadimi” titullarını saxlamaq istəyirlər.


Bu barədə Emənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyan jurnalistlərə bildirib.

 

Nazir deyib ki, mədəniyyət xadimlərinin fəaliyyətinə verilən qiymət müxtəlif müsabiqələrdə, festivallarda, konsertlərdə mükafatlar almaqla öz əksini tapmalıdır.

 

“Nazirlik sənətçini “Xalq artisti” kimi müəyyənləşdirirsə, onda belə çıxır ki, qalanları xalqın deyil? Bu, sovet dövründən qalan bir mirasdır. Bunun müsbət elementləri ola bilər, lakin daha çox çaşqınlıq yaradır. Əsl qiyməti xalq verir”, - deyə Dumanyan vurğulayıb.

 

Ermənistanda “Əməkdar artist” və “Xalq artisti” titulları  1931-ci ildə təsis edilib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

İyun 2022 (781)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)

Рейтинг@Mail.ru