Xəbərlər

Anar yenidən AYB sədrliyinə namizəd olacağını AÇIQLADI

iyn-24
17:40 2022

“Yazıçılar Birliyinin qurultayının sentyabrın ortalarında keçirilməsi nəzərdə tutulur”.

Bunu  açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar deyib.

 

Sədr qurultayda yenidən namizədliyini irəli sürəcəyini bildirib: “Əgər etimad göstərərlərsə, sədrlik fəaliyyətimi davam etdirəcəyəm”.

 

O, Yazıçılar Birliyinin Nizamnaməsində də hər hansı dəyişikliyin edilməyəcəyini də vurğulayıb.

 

Qurultayın harada keçiriləcəyi məsələsinə gəldikdə isə Xalq yazıçısı deyib: “Qurultayın Şuşada keçirilməsini istəyərdik, amma Şuşadakı mövcud şərait, qurultay üçün lazımi zalın olmaması planımızı dəyişdi. Ona görə də qurultay ya Bakıda, ya da Şabranda, tikintisi bitmək üzrə olan Yaradıcılıq Evində keçiriləcək”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

ARXİV

Avqust 2022 (251)
İyul 2022 (744)
İyun 2022 (920)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)

Рейтинг@Mail.ru