Xəbərlər

Gəlin ləzginka oynamaz, atlanıb düşməz, ayıbdır!

avq-01
18:20 2022

"Toylarda bəy və gəlin milli rəqs etmək üçün kurslara gedirlər. Əslində, bu, yaxşı əlamətdir".

Bu barədə Azərbaycanın Xalq artisti, 94 yaşlı xoreoqraf-baletmeyster Roza Cəlilovanın Report-a müsahibəsində bildirib.

 

"Deməli gənclərimiz artıq başa düşürlər ki, milli xalq rəqslərimizi ifa etməyi bacarmalıdırlar. Çünki bu bizim mədəniyyətimizdir. Amma digər tərəfdən bəzən mənə zənglər olur. Deyirlər “Roza xanım bizə rəqs öyrədin”. Dedim ayıb olsun sizə. Bizim vaxtlarda toyda gəlin utandığından başını yuxarı qaldırmırdı. İndi çıxıb oynayırlar. Bu mütrüblükdü. Ayıbdı. Gəlin utanar. İndi ləzginka oynamaq istəyirlər. Başa düşürəm, müasir dövrdü. Ancaq gərək gəlinlər Uzundərə, İnnabı, Naz-naz oynasın. Yoxsa ləzginka, atlanıb düşmək olmaz. Belə şeyə normal baxmaq olmaz", - Xalq artisti deyib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

ARXİV

Avqust 2022 (251)
İyul 2022 (744)
İyun 2022 (920)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)

Рейтинг@Mail.ru