Xəbərlər

Bollivud ulduzları Bakıya gəldilər - FOTO

avq-10
19:40 2022

Avqustun 9-dan etibarən Azərbaycan Hava Yolları Bakı ilə Hindistanın paytaxtı Dehli arasında birbaşa uçuşlara başlayıb.

 

Hindistan Bakıdakı müvəqqəti işlər vəkili Vinay Kumar avqustun 10-da Heydər Əliyev Beynəlxalq Hava Limanında Dehlidən Bakıya ilk birbaşa reyslə gələn sərnişinləri qarşılayarkən, reyslərin həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri Bakıdan Dehliyə, çərşənbə və şənbə günləri isə Dehlidən Bakıya həyata keçiriləcəyini bildirib. Dehlinin İndira Qandi Beynəlxalq Hava Limanından Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanına uçuş təxminən 4 saat çəkir.

 

Bollivudun bir sıra məşhur simaları Dehlidən Bakıya ilk uçuşla gəliblər. Onlar Heydər Əliyev Beynəlxalq Hava Limanında ənənəvi Azərbaycan rəqsləri ilə qarşılanıblar. Tədbir zamanı Vinay Kumar iki ölkə arasında sıx tarixi və mədəni əlaqələrin olduğunu qeyd edərək, iki ölkə arasında birbaşa aviareyslərin iqtisadiyyat, mədəniyyət və turizm kimi müxtəlif sektorlarda ikitərəfli əməkdaşlığı daha da gücləndirəcəyini bildirib.

 

Diplomat vurğulayıb ki, daha sürətli və rahat nəqliyyat əlaqəsi, eləcə də asan elektron viza prosedurlarının köməyi ilə daha çox azərbaycanlı turistlər Hindistanda çoxsaylı təbii-landşaft obyektləri, zəngin təbii və milli irs, tarixi, coğrafi və mədəni müxtəlifliklər də daxil olmaqla cəlbedici turizm istiqamətlərinin geniş müxtəlifliyindən faydalana bilərlər.

 

2021-ci ilin yanvar-dekabr aylarında Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 739,10 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin yanvar-iyun ayları ərzində ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 107,7 faiz artaraq 895,95 milyon ABŞ dolları həcmində olub. Hindistan hazırda Azərbaycan üçün dördüncü ən böyük ixrac ölkəsidir.

 

Vinay Kumar əlavə edib ki, iki ölkə arasında birbaşa aviareysin açılması ikitərəfli ticarəti daha da inkişaf etdirəcək.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Oktyabr 2022 (193)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)
İyul 2022 (743)
İyun 2022 (920)
May 2022 (863)

Рейтинг@Mail.ru