Bu gündən Azərbaycanda vaksinasiyaya başlanılır

yan-18
10:01 2021


Bu gündən Azərbaycanda vaksinasiyaya başlanılır
Azərbaycanda bu gündən koronavirusa qarşı vaksinasiyaya başlanılır.

Bununla bağlı Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib.

Bunun üçün Azərbaycana 4 milyon doza “Sinovac” peyvəndinin gətirilməsi nəzərdə tutulub.

Vaksinasiya iki mərhələ üzrə aparılacaq. Birinci mərhələdə səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvəndlənəcək.

İkinci mərhələdə isə tibbi cəhətdən yüksək risk qrupuna (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar) aid olan şəxslər, yaşı 50 və daha yuxarı olan və ən az bir xroniki xəstəliyi olanlar, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi, yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslərə peyvənd tətbiq ediləcək.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Dekabr 2021 (181)
Noyabr 2021 (643)
Oktyabr 2021 (594)
Sentyabr 2021 (640)
Avqust 2021 (609)
İyul 2021 (642)

Рейтинг@Mail.ru