SON DƏQİQƏ! Azərbaycanda yeni virus yayılıb – HƏKİM XƏBƏRDARLIQ ETDİ

yan-06
11:25 2022

“Son günlər uşaqlar arasında yayılan virus adi qrip – “influenza” virusunun A və ya B ştamıdır”.
Xeberfakt.az bildirir ki, bunu “Report”a açıqlamasında həkim-pediatr Vəfa Hüseynova deyib.Onun sözlərinə görə, bəziləri bunu mənşəyi bilinməyən və təhlükəli virus adlandırsa da, “influenza”nın A və ya B ştamları tibb elminə neçə illərdir məlumdur və hər il payız-qış mövsümündə uşaqlar arasında yayılır.

Həkim qeyd edib ki, bu, koronavirus deyil, bilinən qrip virusudur: “Valideynlərə tövsiyə edərdim ki, uşaqlar yoluxduğu halda gecikdirmədən həkimə müraciət etsinlər. İlk asqırmada, öskürək, göz sulanması və hər hansı narahatlıq olan kimi həkimə müraciət edilməlidir. Çünki bəzən valideynlər uşaqlarını türkə-çarə üsulu ilə müalicə edib vaxt itirirlər. Bu isə gecikdirilmiş mərhələdə müalicə müddətinin uzanması deməkdir. Əgər erkən mərhələdə həkimə müraciət edilsə, onda həm test vaxtında götürülə, həm də lazımi müayinə-müalicə üsulu həyata keçirilər”.

V.Hüseynova bildirib ki, gecikmiş mərhələdə testin cavabında virusa yoluxma halı müşahidə olunmur: “Çünki virus yuxarı tənəffüs yollarından aşağı düşəndən sonra pozitiv cavab almaq mümkünsüz olur. Ona görə də erkən mərhələdə həkimə müraciət etmək tövsiyə olunur”.

Həkim-pediatr uşaqların həddindən artıq qapalı mühitdə saxlanılmasının tərəfdarı olmadığını söyləyib: “Pandemiya dövründə uşaqlar xeyli müddət qapalı şəraitdə qalıblar. Sonradan ictimai obyektlərin, məktəb və bağçaların açılması virusa yolxumaların artmasına zəmin yaratdı. Hazırda uşaqların immuniteti çox zəifdir. Açıq havada az vaxt keçirdiklərindən və vitamin az qəbul etdiklərindən valideynlər payız-qış mövsümündə daha diqqətli olmalıdırlar”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Yanvar 2022 (518)
Dekabr 2021 (554)
Noyabr 2021 (643)
Oktyabr 2021 (594)
Sentyabr 2021 (640)
Avqust 2021 (609)

Рейтинг@Mail.ru