Azərbaycanda “Omikron” ştammı aşkarlandı - RƏSMİ + VİDEO

yan-10
15:19 2022
Azərbaycanda “Omikron” ştammı aşkarlandı - RƏSMİ + VİDEO
Azərbaycanda koronavirusun “Omikron” ştammı aşkarlanıb.

Xeberfakt.az bildirir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Bildirilib ki, ölkəmizdə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır:

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir.

Koronavirusun mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni “Omikron” variantı bütün dünyada olduğu kimi Azərbaycanda da ciddi narahatlıq doğurur.

Aparılan araşdırmaların növbəti mərhələsində ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12-də SARS-CoV-2 21K “Omikron” variantı aşkarlanıb.

Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub.

Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştammdan qorunmaq üçün İkinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır.

Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur”.


Oxu.az

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Yanvar 2022 (518)
Dekabr 2021 (554)
Noyabr 2021 (643)
Oktyabr 2021 (594)
Sentyabr 2021 (640)
Avqust 2021 (609)

Рейтинг@Mail.ru