Xəbərlər

Azərbaycanda sürətlə yayılan xəstəliklər: “Omikron” yoxsa “influenza”?

yan-22
16:02 2022

Koronavirusun “Omikron” ştammı sürətlə bütün dünyaya yayılmaqdadır. Avropa ölkələrində bu ştamma qarşı mübarizə tədbirləri gücləndirilir.

Trend-in suallarını cavablandıran həkim-infeksionist Mərdan Əliyev bildirib ki, “Omikron” öz dominantlığını dünyada qoruyub saxlayır. Azərbaycanda da əhalinin 40 %-də bu ştamma yoluxma faktı aşkar edilib.Amma “Omikron” qripdən fərqlənir. “Omikron”a yanaşı, hazırda “influenza” deyə adlandırdığımız qrip geniş yayılıb. “İnfluenza” bütün yaş qruplarında rast gəlinir. Qripi virusdan fərqləndirən əsas xüsusiyyət qızdırmanın olmasıdır. “Omikron”un qripdən fərqli olaraq aşkar edilməsi çətindir, qrip anidən yaranırsa, “Omikron” nisbətən, yavaş-yavaş hiss olunur”, - deyə o qeyd edib.

Qeyd edək ki, səhiyyə qurumları virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri barəsində vətəndaşlara çağırış edib.

“Omikron” mutasiyasının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlarımızdan səhiyyə qurumlarımız tərəfindən müəyyən olunmuş virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri xahiş olunur:

• Maska taxın.

• Tez-tez əllərinizi yuyun və ya antiseptik vasitələrdən istifadə edin.

• Fiziki məsafə saxlayın.

• İnsanların sıx toplaşdığı yerlərdən uzaq durun.

• Vaksin olunun.

Virusa yoluxduğunuz halda:

• Özünüzü ailə üzvlərinizdən mümkün qədər təcrid edin.

• Təcrid olduğunuz yeri tez-tez havalandırın.

• Gün ərzində 2 dəfə bədən hərarətinizi ölçün.

• Bol maye qəbul edin.

• Yuxu rejiminə riayət edin.

• Hərarət yüksəldiyi zaman (38℃ və daha yuxarı) qızdırmasalıcı dərmanlardan istifadə edə bilərsiniz.

• 5 gündən çox müddətdə idarə olunmayan yüksək qızdırma (>38.5℃, qızdırmasalıcı dərmanlara tabe olmayan) sizi narahat edərsə, ASM (poliklinika) ailə həkiminə (sahə həkimi pediatrı, sahə həkimi terapevti) məlumat verin.

• Ev şəraitində antibiotik, antiviral, hormonal, immunitet artırıcı müalicələrdən və venadaxili mayelərin köçürülməsindən uzaq durun.

• Qonşunun, qohumun, tanışın tövsiyəsinə əsasən dərman qəbul etməyin.

• Orta tibb işçilərinin tövsiyəsinə əsasən müalicə olunmayın.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

May 2022 (431)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)
Dekabr 2021 (554)

Рейтинг@Mail.ru