Xəstəxanada cəmi 21 koronavirus xəstəsi var - TƏBİB

Azərbaycanda koronavirus epidemiyası artıq sona çatmaq üzrədir. Hər gün açıqlanan koronavirus statistikasından da bunu müşahidə edirik. Son statistikaya əsasən ölkədə 13 yoluxma halı qeydə alınıb, 3 nəfər isə sağalıb. Ölkədə aktiv koronaviruslu xəstə sayı isə 70-dir.
Bəs, müalicə olunan şəxslərdən neçəsinin vəziyyəti ağırdır? Neçəsi tibb müəssisələrində müalicə alır?
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova bildirib ki, hazırda tibb müəssisəsində ümumilikdə 21 koronavirus xəstəsi müalicə alır.
TƏBİB rəsmisinin sözlərinə görə, yoluxanlardan 8 nəfəri reanimasiyadadır və onların vəziyyətləri ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, ölkədə koronavirus infeksiyasına yoluxma halı azaldığı üçün 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə tələbi ləğv olunub. Artıq bütün qapalı məkanlarda, o cümlədən, avtobuslarda, metrostansiyalarda, ticarət mərkəzlərində, ictimai iaşə obyektlərində, hava limanı ərazisində, təhsil müəssisələrində tibbi maskalardan istifadə məcburi deyil. Yalnız insanlar öz şəxsi istəklərilə maskadan istifadə edə bilərlər.

⚏OXŞAR XƏBƏRLƏR