Xəbərlər

Ən böyük çətinlik oksigen təminatı ilə bağlı idi - TƏBİB

iyn-20
13:00 2022

"Koronavirusla mübarizə dövründə ən böyük problemlərdən biri məhz oksigen təminatı ilə bağlı olub. Çünki ölkədə heç vaxt bu qədər oksigen təminatına ehtiyac olmayıb".

 

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyəti sədrinin müşaviri Firəngiz Əliyeva Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü layihəsinin bağlanış mərasimində bildirib.

 

TƏBİB rəsmisi qeyd edib ki, daxildə bu qiymətləndirmə aparılmışdı və müvafiq boşluqları müəyyən edərək onların aradan qaldırılması üçün işlər də görülmüşdü:

 

"Lakin kənardan baxışın keçirilməsi olduqca önəmli idi. Ümumdünya Səhiyyə Təşkilatı bununla bağlı müraciətimizə operativ reaksiya verdi və onların ekspertləri tərəfindən yerində qiymətləndirmə aparıldı. Azərbaycan tərəfindən də pandemiya zamanı özümüzə xas işlər görülüb. Ölkədə koronavirus pandemiyası başlayandan Azərbaycan öz yolunu tutdu. Prezident İlham Əliyevin nəzarəti altında bütün tədbirlər həyata keçirildi. Bu sahədə əldə edilən uğur pandemiyanın tək səhiyyə sahəsinin deyil, bütün ölkənin problemi kimi qəbul etdilməsinin nəticəsidir. Dövlət qurumları ilə birgə beynəlxalq qurumların da Azərbaycanın yanında olması müsbət amildir".

 

"Pandemiyanın ilk dövründə Azərbaycan dövləti tərəfindən COVID-19-la mübarizə tədbirləri üçün böyük büdcə ayrılmışdı. Bu istiqamətdə atılan addımlardan biri də ölkəyə fərdi qoruyucu vasitələrin gətirilməsi idi. Əfsus ki, pandemiya səbəbindən bir çox ölkələrdən hər hansı tibbi avadanlığın gətirilməsində çətinlik yaranırdı. Tibb işçilərini qorumaq üçün bütün resurslardan istifadə olundu. ÜST həmin dövrdə fərdi qoruyucu vasitələrin ölkəyə gətirilməsini təmin etdi", - deyə TƏBİB rəsmisi qeyd edib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

İyun 2022 (781)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)

Рейтинг@Mail.ru