Xəbərlər

Azərbaycanda insanların əsas ölüm SƏBƏBLƏRİ

avq-11
18:00 2022


Ötən il Azərbaycanda bütün sәbәblәrdәn ölәnlәrin sayı 76878 nəfər olub.

Bu barədə  Dövlət Statistika Komitəsindən məlumat verilib.

Rəsmi məlumata görə, əhali arasında ölümün әsas sәbәblәri  müxtəlifdir.

2021-ci ildə Azərbaycanda insanlar ən çox qan dövranı sistemi xәstәliklәrindәn ölüb – 41708 nəfər.

Ölüm səbəbləri sırasında sonrakı yeri yenitörәmәlәr (xərçəng şişi xəstəlikləri) tutur. Ötən il xərçəng xəstəliyindən ölənlərin ümumi sayı 8509 nəfər olub.

Bәzi infeksion vә parazitar xәstәliklәrdәn ölənlər üşüncü sırada gəlir – 6677 nəfər.

Azərbaycanda ölümün digər səbəbləri aşağıdakılardı:

tәnәffüs sistemi xәstәliklәrindәn 4115 nəfər;

hәzm sisteminin xәstәliklәrindәn 2659 nəfər;

sinir sistemi xәstәliklәrindәn 2520 nəfər;

sidik-cinsiyyәt sisteminin xәstәliklәrindәn 1241 nəfər;

travmalar, zәhәrlәnmәlәr vә xarici sәbәblәrin tәsirinin bәzi digәr nәticәlәrindәn 2993 nəfər;

endokrin sistemin xәstәliklәri, qidalanma vә maddәlәr mübadilәsi pozuntularından 1700 nəfər;

perinatal dövrdә meydana çıxan bәzi hallardan 349 nəfər;

anadangәlmә anomaliyalar (inkişaf qüsurları), deformasiyalar vә xromosom pozuntularından 181 nəfər;

qan, qanyaradıcı orqanların xәstәliklәri vә immun mexanizmin prosesә cәlb olunması ilә gedәn ayrı-ayrı pozuntulardan 66 nəfər;

hamilәlik, doğuş vә zahılıq dövründә 20 nəfər;

sümük-әzәlә sisteminin vә birlәşdirici toxumanın xәstәliklәrindәn 10 nəfər;

dәri vә dәrialtı toxumanın xәstәliklәrindәn 6 nəfər.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Oktyabr 2022 (193)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)
İyul 2022 (743)
İyun 2022 (920)
May 2022 (863)

Рейтинг@Mail.ru