Xəbərlər

Apteklərdə qeyri-ixtisas şəxslər çalışırlar - İDDİA

okt-07
14:20 2022

Apteklərdə qeyri-ixtisas şəxslər çalışırlar  - İDDİA

“Apteklərdə qeyri-ixtisas şəxslər çalışırlar”.

 

Bunu Beynəlxalq Əczaçı Günü və Respublika əczaçılarının 3-cü konfransı zamanı “Əczaçılar Qrupu” İctimai Birliyinin sədri Şövqi Bünyatov deyib.

 

Onun sözlərinə görə, əczaçılıq sektorunda vəziyyət qənaətbəxş deyil:

 

“Biz əczaçılar fəal olmalıyıq. Problemlərin həllində çox şey bizdən asılıdır. Apteklərdə qeyri-ixtisas şəxslər işləyir. İş saatı qeyri-müəyyəndir. İstənilən halda vətəndaş əziyyət çəkir”.

 

Ş.Bünyatov qeyd edib ki, idxal acınacaqlı vəziyyətdədir:

 

“44 günlük müharibə göstərdi ki, idxaldan asılı olmaq yaxşı deyil. Hazırda qonşu ölkələrdəki vəziyyətdən dolayı apteklərə bəzi məhsullar limitlə verilir. İdxaldan asılılığı azaltmaq üçün zavodlar artırılmalıdır. Məhsulun müəyyən hissəsini qarşılamaq üçün 3 zavod kifayət deyil. Beynəlxalq təcrübəni Türkiyə, Gürcüstandan götürə bilərik”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

ARXİV

Dekabr 2022 (88)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)
İyul 2022 (743)

Рейтинг@Mail.ru