Xəbərlər

Ucar səhiyyəsində YEYİNTİ İŞLƏRİ... - İTTİHAM VAR!

yan-17
15:00 2023


 

 

 

 

Ucar səhiyyəsində YEYİNTİ İŞLƏRİ... - İTTİHAM VAR!

"Ucar rayon Mərkəzi Xəstəxanasının baş mühasibi Rafael Rəsulovun ali təhsili yoxdur.Bu adamın ali təhsili və diplomu olmadığı halda Ucar rayon Mərkəzi Xəstəxanası Hüquqi Publik Şəxsin direktoru Bayramlı Zeynallı onu qanunsuz olaraq baş mühasib vəzifəsinə işə qəbul edilməsinə köməklik göstərib.Bu azmış kimi Rafael Rəsulovun həyat yoldaşı İlahə Rəsulovanı baş mühasibin köməkçisi vəzifəsinə işə qəbul ediblər.Uzun müddətdir ki, İlahə Rəsulova Ucar rayon Mərkəzi Xəstəxanasında adı işdə getsədə özü bir gündə olsun işə gəlməyib.Bunu subut etmək üçün xəstəxanadakı müşahidə kameralarını açıb baxmaq kifayət edər". Bu iddia Ucar rayon sakinləri tərəfindən edilən müraciətdə yer alıb.
Müraciət müəllifləri daha sonra yazır: "Baş mühasib Rafael Rəsulov direktor Zeynal Bayramlı ilə əlbir oub talançılıqla məşğul olurlar.Baş mühasib Rafael Rəsulov talançılq yolu ilə Ucar rayonunda 3 mənzil, Bakı və Gəncə əhərərində isə bir mənzil və 4 bahalı avtomobil alıb.Hansı zərurət yaranıb ki, ali təhsili olmayan Rusiyadan qanunsuz alınmış saxta diplomlu Rafael Rəsulovu böyük bir xəstəxanaya baş mühasib vəzifəsinə işə qəbul ediblər ?
Elektrik enerjisi kəsiləndə xəstəxanada olan generatorların işə salınması üçün bir rübə 50-60 ton yanacaq yazılaraq pulu bu cütlük tərəfindən mənimsənilir.
Rüblükdə yumuşaq və bərk unvertarların yenilənməsinə dair sənədlər yazılsada heç bir yenilənmə olmur pullar talan edilir.
Adı Ucar rayon xəstəxanasında işdə olub özləri bir gündə olsun işə gəlməyən çoxlu sayda işçilər var ki, onların maaş kartları bu korrupsioner cütlükdədir.Obyektiv araşdırlma aparılarsa bu subut olunacaq.Çünki həmin işçilərin maaş kartlarından pulları baş mühasib Rafael Rəsulov çıxararaq direktor Zeynal Bayramlıya çatdırır.Bankomatda həmin maaş kartların kim tərəfindən istifadə edilməsinə dair çəklişlər var.Bu fakt obyektiv yoxlanılmalıdır. Həmin adamların Ucar xəstəxanasına işə gəlib gəlməmələrinin yoxlanılamsı üçün müşahidə kameralarına baxmaq kifayətdir.
Həmçinin xəstəxanada doğum şöbəsində uzun müddət işləyən mamaçalar pul verərək Təcili Tibbi Yardım bölməsinə işə keçiblər.Buna görə doğum şöbəsində təcrübəli tibb bacıları (mamaça) yoxdur.Bunu isə ona görə ediblər ki, Təcili Tibbi Yardım şöbəsində həm əmək haqqı yüksəkdir həmdə bir gün iş iki gün istirahətdir.Doğum və ya digər şöbədən Təcili Tibbi Yardım Şöbəsinə işə keçmək üçün direktor Zeynal Bayramlıya 10.000 (on min) manat rüşvət verilməlidir.Bu qanunsuzluğa görə doğum şöbəsinin həkimləri çox əziyyət çəkirlər. Çünki mamaçalıq üçün ən azından 5 il işləyib təcrübə yığmalısan.Təcrübəli mamaçalar isə direktora 10.000 manat rüşvət verib şöbələrini dəyişiblər.Bunun subut edilməsi çox asandır.Sadəcə TƏBİB və Səhiyyə Nazirliyi obyektiv araşdərma aparmalıdır.
Ucar rayon Mərkəzi Xəstəxanası Hüquqi Publik Şəxsin direktoru Zeynal Bayramlı vəzifəsindən sui-istifadə edərək fərqlənməyə görə premiyaları öz adamlarına yazır qalanını isə mənimsəyir.
Xəstəxanada quraşdırılmış istilik sisteminin işə salınması üçün hər bir işçidən pul yığılsada indiyə qədər istilik sistemi işə salınmayıb.
Pandemiya dövründə ayrılan küllü miqdarda pullar direktor tərəfindən mənimsənilmişdir.

2005-ci il tarixdə ali məktəbi bitirib həmin ildən Ucar rayonu Qazıqumlaq kənd xəstəxnasına baş həkim vəzifəsinə təyin olunmuş bundan iki il sonra 2007-ci il tarixdə 90.000 əhalisi olan Ucar rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin olunmuş Zeynal Bayramlının iş fəaliyyəti ancaq belə olmalıdır korrupsiya, özbaşınalıq, talançılıq və saxtakarlıq.Bu adam hansı yüksək göstəricilərə görə ali məktəbi bitirən kimi mühüm vəzifələrə təyin edilib ?
Zeynal Bayramlı bu illər ərzində dövlətə küllü miqdarda ziyanlar vurmuşdur. Onun bu korrupsiya əməllərindən dövlət ziyan, əhali və işçilər əziyyət çəkirlər. Ucar rayon sakinlərinin əksəriyyəti tibbi müaynə və müalicə üçün qonşu rayon xəstəxanalarına üz tuturlar.Bunu subut etmək üçün Göyçay rayon Mərkəzi Xəstəxanasının qeydiyyat şöbəsindəki qeydlərə baxmaq kifayətdir.
Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan, Baş Prokuror cənab Kamran Əliyevdən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbovdan, İcbari Tibbi Sığorta üzrə Dövlət Ahentliyinin sədri cənab Zaur Əliyevdən və İcbari Tibbi Sığorta üzrə Dövlət Ahentliyinin direktoru cənab Vüqar Qurbanovdan xahiş edirik sadalanan cinayət əməllərini tam, hərtərəfli və obyektiv araşdırıb ciddi və təcili tədbirlər görəsiniz".
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

Yanvar 2023 (622)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)

Рейтинг@Mail.ru