Xəbərlər

Qəbələ səhiyyəsində QANUNLAR NECƏ POZULUR... - FAKTLAR AÇIQLANDI...

yan-18
17:00 2023


Qəbələ səhiyyəsində QANUNLAR NECƏ POZULUR... - FAKTLAR AÇIQLANDI...

Qəbələ rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin Qəbələ MDM-I ilə birləşdirilməsi zamanı direktor Ceyhun Əhmədovun işcilərin yerləşdirilməsində baş vermiş bir sıra qanunsuzluqları ilə bağlı faktlar açıqlanıb. Redaksiyamıza göndərilən məlumatlarda olduqca ilginc məqamlardan bəhs olunur. Məqaləni təqdim edirik:
"Tibbi sığortanın təşkili şöbəsinin müdiri,tibbi sığorta üzrə mütəxəsis ştatlarında tibbi təhsilli şəxslərin işlə təmin olunması zərurəti olsada şöbə müdiri sığorta üzrə ali təhsillidir və şöbə müdiri vəzifəsində işləmək ücün ən azı 3-5 il uyğun vəzifə üzrə iş stajı tələb olunur. Həmin şəxsin iş stajı yoxdur. Bu şöbədə işləyən Tibbi sığorta üzrə mütəxəsis Cəfərova Nərmin.Sığorta məsləhətciləri Kərimova Anjella və Kərimova Dilarə nəinki tibbi təhsili ümumiyətlə təhsilsiz şəxslərdir.
Xəstə xidmətləri şöbəsinin müdürü Mustafayeva Şəbnəm işə götürülən zaman hec bir iş stajı olmayıb halbuki bu vəzifə üzrə təyin olunmaq ücün 3-5 il arası staj tələb olunurdu. Xəstə xidmətləri şöbəsinin Qeydiyyat bölməsində işləyən 2 nəfər qeydiyyatcıya iş saatını xəstəxanada vermək əvəzinə Vəndam ASM-də istədiyi vaxt gelib getmēk uyğun gəldiyi (istədikləri kimi gəlib getmek)ücün iş saatlarnın Vəndam həkim məntəqəsində verirlər. Vəndam ASM-nin ştatında olan qeydiyatcı Osmanova Afət tibbi təhsili olmamasına baxmayaraq sahə tibb bacısı kimi işləyir. Xəstəxanadan göndərilən qeydiyatcılar Əlizadə Xəyalə və Qəhrəmanova Nətavan da hemcinin həkim yanında tibb bacısı kimi fealiyyet gösterirlər.Cünki Vəndam ASM-də 3.0 ştat vahidi qeydiyatcının fəaliyyət göstərməsi ücün zərurət yoxdur. Bir həkim stomatoloq ücün də özünün istədiyi kimi fəaliyyət göstərməsi ücün ştatının Stomatologiya bölməsində olmasına baxmayaraq həkim stomatoloq kimi Vəndam HM-nin binasında fəaliyyət göstərilməsinə şərait yaradılıb.Eyni zamanda Vəndam ASM-nin ştatında olan həkim pediatr Afer Hüseyinov və tibb bacısı Ruhiyyə Əliyeva xəstəxanadan əmək haqqı almalarına axmayaraq Afer həkimin şəxsi acdığı xəstəxanada əhaliyə özəl olaraq pullu xidmət göstərilir.
Xəstə xidmətləri şöbəsinin Qeydiyyat bölməsində Vəndama göndərilən işcilərin əvəzinə mühavizəci Şöyübova Samirə, xadimə Abdullayeva Mətanət və mətbəx fəhləsi Hüseyinova Qərənfil qeydiyyatcı kimi fəaliyyət göstərirlər.
Ən ağır şöbə olan Dializ şöbəsində işləyən tibbi bacısı (qardaşı)Bəxtiyar Ceyhun Əhmədovun həyat yoldaşının əmisi olduğu ücün ona şöbəyə istədiyi saatlarda istədiyi vaxt ərzində gəlmək ücün şərait yaradılıb.
Ədilova Könül Niyazı qızı-ücün müddət (5 il) əvvəlki direktor Sabir Bayramovun katibesi işləyib. Hec bir təhsili olmadığı və Qanuna uyğunluğa əsasən Təsərrüfat tibb bacısı kimi 3-5 il iş stajı olmadığı halda Təsərrüfat bölmə müdürü vəzifəsinə təyin olunub.Təhsil alması ücün Qəbələ rayon peşə məktəbində adı yazılıb.iş saatı ilə dərs saatı eyni vaxtda olmasına baxmayaraq 2021-ci ilin tədris ili başlayandan təhsili davam etdirilir.
Eyni zamanda Könül xanımın hər iki oğlu xəstəxanadan verilmiş saxta sənədlər əsasında ordudan təxris olunub.
Birləşmə zamanı Xəstəxananın sterilizasiya bölmə müdürü tibb tehsilli Mustafayeva Cəmalə sıravi tibb bacısı kecirilərək həmin vəzifəyə tibb təhsilli Sanitar epidemologiya üzrə olan Tahirova Aysel təyin olunub və hal hazırda həmin vəzifədə işləyir...."

DAVAMI VAR...

İddia olunanlarla bağlı  olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

Yanvar 2023 (622)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)

Рейтинг@Mail.ru