Xəbərlər

ÜST: “Ötən həftə COVID-19-dan 40 minə yaxın insan ölüb”

yan-28
14:00 2023




“Ötən həftə Ümumdünya Səhiyyə Təşkilatına COVID-19 ilə əlaqəli təxminən 40 min ölüm halı barədə məlumat daxil olub”. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus deyib.

ÜST-ün COVID-19 ilə əlaqədar fövqəladə hallar komitəsinin iclasında çıxış edən baş direktor Çində məhdudiyyətlərin aradan qaldırılmasının ölüm hallarının artmasına səbəb olduğunu qeyd edib. Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusun yayılmasını pandemiya elan edib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Mart 2023 (490)
Fevral 2023 (544)
Yanvar 2023 (644)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)

Рейтинг@Mail.ru