Xəbərlər

“Respublikanskinin” təzə direktorunun məzə siyasəti

mar-06
11:38 2023


“Respublikanskinin” təzə direktorunun məzə siyasəti

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə ötən ilin fevralında Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna direktor təyin olunan ortoped-travmatoloq Elviz Qasımov dekabr ayında akademik Mirqasımov adına 1 saylı Respublika Klinik Xəstəxanasına direktor vəzifəsinə irəli çəkilib. E.Qasımov daha əvvəl Mərkəzi Klinikanın Ortopediya, Travmatologiya, İdman həkimliyi və fizioterapiya şöbəsinin müdiri, Bakı Sağlamlıq Mərkəzində isə Ortopediya və travmatologiya şöbəsində həkim kimi fəaliyyət göstərib.
Təəccüblü və eyni zamanda acınacaqlı hal burasıdır ki, Elviz Qasımov özü ilə xəstəxanaya əcaib-qəraib qaydalar gətirmişdir və bu qaydalar xəstəxanada onun gəlişinə qədər mövcud olan neqativ halları aradan qaldırmağa yox, tibbi xidmətdən istifadə edən vətəndaşları narazı salmağa hesablanıb.Mediatv.az-a verilən məlumata görə direktorun tətbiq etdiyi yeni “kreativ” qaydaya əsasən, xəstələrə baş çəkməyə gələn xəstə yaxınlarının onlarla görüşməsi yalnız 12 manat pul ödədikdən sonra mümkündür. Ödəniş tələbinə “xəstənin yanında gecələmək” adı qoyulub. Beləliklə, baş çəkdiyin xəstə qohumunun yanında gecələməyə, qulluq göstərməyə ehtiyac olmasa belə, əgər xəstənlə görüşmək isdəyirsənsə həmin pulu ödəməlisən. Hər gün görüşmək istəsən, hər gün 12 manat verməlisən. Ödənişi edib əvəzində aldığın qəbzi göstərmədinsə, mühafizə polisi səni xəstənin yanına buraxmayacaq.
Xəstələr və yaxınları isə haqlı olaraq narazılıq edirlər. Vətəndaşlar bildirirlər ki, xəstənin yaxın adamları ilə görüşü ona mənəvi dəstək verir və əhvalının yaxşılaşmasına, nəticə etibarilə tez sağalmasına təsir edir: “Bu amil nəzərə alınaraq, bütün tibb müəssisələrinin rəhbərliyi tərəfindən günün bəlli saatlarında görüş üçün konkret vaxt təyin edilir, burada da həmişə belə olub. Yalnız vəziyyəti çox ağır olan xəstələr narahat edilməsinlər deyə, eləcə də koronavirus pandemiyasının tüğyan etdiyi dönəmdə görüşə icazə verilmirdi ki, bu da başa düşüləndi. Təzə direktor Elviz Qasımov isə görüş üçün “racon” kəsib. Halbuki, palatalarda xəstənin yanında 12 manata kirayəyə götürüb gecələməyə də çarpayı, oturmağa kətil çatışmır, heç bir şərait yoxdur.
Məsələ ilə bağlı TƏBİB-in “qaynar xətti” ilə əlaqə saxladıq .Bildirdilər ki, xəstə ilə yaxınlarının görüşünə TƏBİB tərəfindən heç bir qadağa qoyulmayıb.(Mediatv.az)

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Mart 2023 (294)
Fevral 2023 (544)
Yanvar 2023 (644)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)

Рейтинг@Mail.ru