Xəbərlər

Naxçıvan səhiyyəsində YENİ HOQQABAZLIQ... - İTTİHAM VAR!

mar-10
10:20 2023


Naxçıvan səhiyyəsində YENİ HOQQABAZLIQ... - İTTİHAM VAR!

Naxçıvan Səhiyyə Nazirliyi, ürək-damar xəstəliklərinin müayinəsi üçün vacib olan Exokardioqrafiya aparatlarını Kardioloji Mərkəzin əlindən alıb. Məqsəd, xəstələri özəl klinikilarda pullu müayinədən keçməyə məcbur etməkdir.

Bu haqda „Gündəlik Naxçıvan“a Mərkəzin həkimləri məlumat verib. Onların sözlərinə görə, Mərkəzdə cəmi bir aparat saxlanılıb ki, onun da istifadəsinə həftədə bir gün icazə verilir. Bu səbədən, xəstələr müayinə üçün bəzən aylarla növbə gözləməli olurlar. Mərkəzdə çalışan, təhlükəsizliyi üçün adının çəkilməsini istəməyən həkimlərdən birinin sözlərinə görə, onlara yuxarıdan tapşırıq gəlib ki, xəstələri özəl klinikalara yönləndirsinlər:

„Bir neçə belə aparatımız var idi. Gəldilər, yığışdırıb, apardılar. Cəmi birini saxlayıb dedilər ki, həftədə bir gündən artıq işlətməyin, kim soruşsa, deyin xarab olub. Biz də məcbur olub, belə edirik. Etməsək, işdən qovula, hətta həbs oluna bilərik. Bu, insanlıqdan kənardır. Bəzən ağır xəstə gəlir ki, təcili müayinə olunmalıdır. Məcbur olub deyirik ki, get, filan özələ. Özəl klinikalar hər ay Səhiyyə Nazirliyinə haqq verirlər. Onlar da Ali Məclisə çatdırır pulu. Bu oyunu qurublar ki, özəllərdən daha çox haqq yığsınlar. Ortada kasıb xəstələrə yazıq olur“.

Şahbuz rayon sakini Sevdayar Allahverdiyev deyir ki, ürəyində problemlər yarandığı üçün təcili Naxçıvan Kardioloji Mərkəzinə aparılıb. Həkim ona təcili müayinə edilməli olduğunu bildirsə də, onlardakı aparatın xarab olduğunu deyib:

“Dedi ki, təcili özəl xəstəxanaların birinə get, müayinə ol, cavabı mənə gətir, ondan sonra müalicə edim. Məcbur qalıb, „Şəfa“ özəl klinikasına gedib, pullu müayinə olundum. Bundan sonra həkim mənə müalicə yazdı”.

Digər şikayətçi Nadir Mirzəyev deyir ki, ağır ürək xəstəsi olan qardaşının müayinə olunması üçün, Mərkəzdə onlara 25 gün növbə gözləməyi təklif ediblər:

„Dedilər ki, Exokardioqrafiya aparatı xarabdır, növbəyə yazılın, bəlkə 25 gün sonra müayinə edə bildik. Təcili olduğundan, yönləndirdilər özəl xəstəxanaların birinə. Pulumuzu verib, müayinə olunduq. Əvvəllər bu cür problemlər olmurdu. Bir neçə aparatları var idi, gələn kimi, müayinə edirdilər. İndi bizi məcbur edirlər ki, özəllərin cibini dolduraq ki, onlar da yuxarıların cibini doldursun“.

Bir müddət öncə sakinlər, Naxçıvan Mərkəzi Xəstəxanasındakı qan analizi aparatlarının da yoxa çıxmasından şikayət edirdilər. Onlar bildirirdi ki, bu səbəbdən, təcili analiz vermək istəyən xəstələr, özəl klinikalara yönləndirilir. Gündəlik Naxçıvan

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Mart 2023 (294)
Fevral 2023 (544)
Yanvar 2023 (644)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)

Рейтинг@Mail.ru