Xəbərlər

Spiker: Deyəsən, dərmanın dozası çox yuxarı oldu

noy-30
15:00 2018
Spiker: Deyəsən, dərmanın dozası çox yuxarı oldu


Deputat Tahir Kərimli parlamentdə “Dərman vasitələri haqqında” qanun layihəsinin müzakirəsində sözügedən layihənin müvafiq maddəsində işlədilən “effektiv” sözünün işlədilməsinə etiraz edib.

xeberfakt.az Oxu.Az-a istinadən xəbər verir ki, deputat dilimizin qorunmasının vacibliyinə toxunaraq vurğulayıb ki, həmin sözü “səmərəli” sözü ilə əvəz etmək lazımdır:

“Biz qanunlarımızın dili məsələsinə diqqət etməliyik. Parlament süzgəcdir. Dil babalarımızın əmanətidir. Onu gələcək nəsillərə ötürmək istəyirik. Biz dilimizi hansı günə qoymaq istəyirik? Dilimizi sevsək, başqa millətlər də bizi sevəcək. Biz burada qanun qəbul edirik və hamıya nümunə göstəririk. Dilimiz pozula-pozula gedir”.Deputat Musa Quliyev isə T.Kərimliyə cavab olaraq ki, sözügedən qanunda işlədilən “effektiv” sözünün tibbi termin olduğunu vurğulayıb:

“Effektiv” sözü dərmanın dozasını müəyyən edir. Ona görə də “səmərəli” sözü ilə eyni mahiyyəti daşımır. Səmərəli dərman o deməkdir ki, o dərmanın insana xeyri var. Bu dünyada qəbul edilmiş farmokoloji termindir”.

Spiker Oqtay Əsədov sözügedən yanaşmalara bu cür reaksiya verib:

“Deyəsən, dərmanın dozası çox yuxarı oldu. Dərman qalıb, keçmişik başqa mövzulara. Mən də dilimizin qorunmasının tərəfdarıyam. Bu məsələlərlə gələcəkdə də məşğul olmaq lazımdır”.

Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov əlavə edib ki, dərmanlarla bağlı terminləri hər gün Azərbaycan dilinə tərcümə etməyə çalışsaq, bizim işimiz çətin olar:

“Ona görə də bizi başa düşmək lazımdır. “Effektiv” sözü dərmanın insan orqanizminə necə təsir etməsinə aiddir”.

Sonda çıxış edən birinci vitse-spiker Z.Əsgərov isə “effektiv” sözünün dilimizə təhlükə olmadığını vurğulayıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Mart 2023 (362)
Fevral 2023 (544)
Yanvar 2023 (644)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)

Рейтинг@Mail.ru