Xəbərlər

Mübariz Əhmədoğlu: “Sankt-Peterburq sammitinin əsas yekunu - Ermənistan Rusiyaya qarşı düşmənçilikdə tək deyil və israrlıdır”

iyn-25
06:24 2016
Mübariz Əhmədoğlu: “Sankt-Peterburq sammitinin əsas yekunu - Ermənistan Rusiyaya qarşı düşmənçilikdə tək deyil və israrlıdır” Sankt-Peterburq görüşü bir sıra məqamları ilə diqqət çəkir: ı. RF, Azərbaycan və Ermənistan prezidentlərin Dağlıq Qarabağ tənzimləməsi üzrə Sankt-Peterburq sammiti Kremlin təşkilatçılığı ilə baş tutdu.

ıı. Kreml Sankt-Peterburq sammitini elan edən kimi ATƏT-in rəsmi təmsilçisi Nataşa Racakoviç ATƏT-in bu sammitin təşkilində iştirak etmədiyini bəyan etdi. Təşkilində ATƏT-in iştirak etmədiyi görüş heç də uğursuz görüş anlamında deyil. Avropa məkanında müxtəlif sammitlər keçirilir.

ATƏT onların yalnız cüzi bir hissəsində təşkilatçılıq edib. Ona görə də ATƏT-in Rusiya prezidentinin təşəbbüsü ilə Sankt-Peterburq sammitinin təşkilində iştirak etməməsini bəyan etməsi geosiyasi mesaj idi:Qərb Sankt-Peterburqda prezidentlərin sammiti zamanı əldə olunan nəticəni qəbul etməyəcək.

ııı. Sonradan bəlli oldu ki, ABŞ ümumiyyətlə Sankt-Peterburq görüşünü qəbul etmir.ABŞ-ın Ermənistan və Azərbaycandakı səfirləri yalnız Sankt-Peterburq görüşünün müsbət impulslarını qəbul etməyə hazır olduqlarını bildirdilər. Bu impulsun hansının müsbət, hansının mənfi olduğunu da onlar özləri müəyyənləşdirəcəklər.

Sankt-Peterburqda nəticə əldə olunsaydı, sonradan bu nəticəni Qərbə qəbul etdirməkdən ötrü Azərbaycan və Rusiya əlavə güzəştlərə getməli idilər.

ıv. Ermənistan öz addımlarını Qərb və xüsusilə ATƏT-in Minsk qrupu ilə həmahəng tənzimlədi. Həm Sankt-Peterburq sammitindən əvvəl Ermənistan rəsmiləri, ictimai-siyasi mühiti ATƏT-in Minsk qrupuna yönəli ictimai rəyi formalaşdırdılar. Eləcə də prezidentlərin sammit görüşündən sonra ER prezidenti ATƏT MQ həmsədrləri ilə ayrıca görüş keçirdi. Sankt-Peterburq görüşündən sonra Azərbaycan tərəfi görüşdən razı qaldığını bildirdi. ER Xarici İşlər Naziri isə bir müddətdən sonra Sankt-Peterburq görüşü barədə məlumatda ümumi halda razı olduğunu bildirsə də lakin yaydığı bəyanatın mətnindən bəlli olur ki, Ermənistan üçün Rusiyanın rolunu azaltmaq, Rusiyadan uzaqlaşmaq ən vacib məsələdir. ER Xarici İşlər Nazirliyinin bəyanatında Sankt-Peterburq görüşündə və eləcə də bundan sonrakı proseslərdə əsas vurğu Rusiyanın rolu üzərində deyildi. Əsas vurğu ATƏT MQ-nin rolu üzərində idi.

Bu da bəllidir ki, ATƏT MQ və Ermənistan münaqişənin tənzimlənməməsi istiqamətində çalışırlar.
v. ATƏT MQ-ninamerikalı həmsədri C.Uorlik RF prezidenti V.Putinin təşkil etdiyi sammitə bir hədd cızır; indiki dövrdə Dağlıq Qarabağ tənzimlməsində yalnız Çərçivə sazişi üzərində iş gedə bilər. Rusiyanın səyləri isə mərhələli həll variantı ilə Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik tənzimlənməsinə yönəlib. vı. Azərbaycan və Rusiya həqiqətən çalışırlar ki, Dağlıq Qarabağ münaqişəsi həllini tapsın. Çünki Dağlıq Qarabağ münaqişəsi Azərbaycan və Rusiyanın köklü maraqlarına zərbə vurur.

vıı. Ermənistan və Qərb eyni istiqamətdə hərəkət etdilər və gələcəkdə də birlikdə hərəkət etmək istiqamətindədir. Məqsədləri Dağlıq Qarabağ münaqişəsinin ömrünü uzatmaqdır. Dağlıq Qarabağ münaqişəsi Ermənistan üçün də zərbədir. Ermənistanın dövlətçiliyini ciddi şübhə altına alır.

Amma Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından konfliktogen resurs kimi istifadə etmək niyyətindədir. Ona görə, Ermənistan Qərblə birlikdə antirusiyaçılıq və Rusiyaya qarşı düşmənçiliyi gücləndirmək kursunu götürüb.

Sankt-Peterburq görüşündən dərhal sonra Ermənistan prezidenti S.Sərkisyanın Dağlıq Qarabağa səfər etməsi, hərbçilərlə görüşməsi, itirdiyi ərazilərin ətrafına baş çəkməsi onun Sankt-Peterburq sammitindəki razılaşmaları rədd, V.Putininövbəti dəfə inkar etməsi deməkdir.

S.Sərkisyan indiki reallıqda antrusiyasıçılığı, Rusiyaya qarşı düşmənçiliyi erməni dövlətinin yeganə resurs mənbəyi hesab edir.

vııı. Qərb V.Putini Dağlıq Qarabağ tənzimlənməsində vasitəçi kimi qəbul etmədi. Amma 4 günlük müharibədə butün Qərb V.Putinə sülhyaradıci kimi yalvarırdı: İşğalçı erməniləri xilas et.
Vəziyyətdən 2 çıxış yolu var.

Birinci yolu Sankt-Peterburq görüşündən dərhal sonra Dağlıq Qarabağa səfər etməklə Ermənistan prezidenti S.Sərkisyan göstərdi: Müharibədən başqa erməniyə təsir edən digər vasitə yoxdur.Bir həftəlik müharibə zamanı S.Sərkisyan özü və havadarları V.Putinə yalvaracaqlar.

İkinci yol Zəngəzurun Azərbaycana qaytarılmasıdır.Erməni mifologiyasında 1m ərazinin itirilməsi ilə 1milyon km2 ərazinin itirilməsinin təsiri eynidir. Zəngəzurun Azərbaycana qaytarılması ilə erməni mifologiyasının Azərbaycan hissəsini bağlamaq olar. Rusiyanın qulaq-başı bu mövzu üzrə dinclik tapa bilər.

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin direktoru
Mübariz Əhmədoğlu

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

ARXİV

Fevral 2023 (41)
Yanvar 2023 (644)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)
Sentyabr 2022 (651)

Рейтинг@Mail.ru