Azərbaycan generalitetinin TƏMKİN SİNDROMU: - “Onlar prezidentdən çox bilirlər?”

may-03
13:30 2021


“Əgər ermənilər oraya 5 əsgərlə gəlmişdilərsə, cavab olaraq əraziyə bizdən 2 min əsgər göndərilməli idi”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycan və Ermənistan sərhədçiləri arasında baş verən və sosial şəbəkələrdə geniş müzakirə olunan insidentə münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev deyib.

Ədalət Verdiyevin sözlərinə görə, Azərbaycan ərazisinə soxulmağa cəhd göstərən ermənilər yerindəcə güllələnməli idilər:

“Prezident İlham Əliyev də Zəngilana son səfəri zamanı təxribat məsələsinə toxunmuşdu. Əgər bu görüntülər o bəyanatdan sonra baş verən insidentdirsə, bəlkə də prezident məhz həmin hadisəyə deyib ki, bu, sondur, çox sərt reaksiya verilməli idi.

Ermənilər iddia edirlər ki, o video iki həftə əvvəl çəkilib. Onda bu cür hallar bir daha təkrarlanmamalıdır. Əgər bu video prezidentin bəyanatından sonradırsa, məsul şəxslər çıxıb izahat verməlidirlər. Axı prezident deyirsə ki, xəbərdarlıq olmayacaq, onlar nədən bu qədər təmkin nümayiş etdirirlər? Prezidentdən çox bilirlər?

Bütün hallarda Ermənistan artıq məğlub tərəfdir. 30 il bizim ərazilərimizi işğal altında saxladı, amma bizdən kimsə gedib qarnını erməni hərbçilərinə sürtdümü? Yox! Çünki məğlub tərəf döyüləcək, incidiləcək, təhqir ediləcək, açağılanacaq. Ermənilərlə də o sayaq davranılmalı idi.

Əgər ermənilər oraya 5 əsgərlə gəlmişdilərsə, cavab olaraq, əraziyə bizdən 2 min əsgər göndərilməli idi. O erməni polkovnikin də əl-ayağı bağlanaraq anbara atılmalı idi. Ta o vaxta qədər ki, onun azad olunması üçün gəlib qapıda yatacaqdılar.

Harınlamış bir erməni polkovnik kimdir ki, özünü elə aparır? Girmişəm əraziyə, yaxşı eləmişəm. Özümə təhlükəsizlik zonası yaradıram! Bu necə hərbçi davranışıdır? Yeri gəlmişkən, o videonu ermənilər yayıb. Yəqin, prezidentin məlum çıxışından özləri üçün “arqument” yaratmaq istəyirlər.

Lakin yenə deyirəm, bizim komandanlıq insident baş verən əraziyə 2 min əsgər göndərərək, meydan oxuyan erməniləri ya güllələməli, ya da zirzəmiyə doldurmalı idilər. O zaman bir daha başa düşəcəkdilər ki, Azərbaycan əsgərinə qarşı belə davranmaq olmaz”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

May 2021 (305)
Aprel 2021 (728)
Mart 2021 (719)
Fevral 2021 (678)
Yanvar 2021 (741)
Dekabr 2020 (601)

Рейтинг@Mail.ru