Rusiya ilə Azərbaycan arasında daha bir sənəd imzalandı

may-11
13:55 2021


Azərbaycanla Rusiya arasında 2021-2022-ci illər üçün məsləhətləşmərə dair sənəd imzalanıb.

Bunu Xarici İşlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında deyib.

O bildirib ki, bu gün Azərbaycanla Rusiya arasındakı müxtəlif sahələri əhatə edən sənəd var.
C.Bayramov əlavə edib ki, S.Lavrovla görüşündə hökumətlərarası komissiyanın fəaliyyəti də müzakirə olunub.

“Düşünürük ki, bu ilin aprelində Moskvada baş tutan hökumətlərarası komissiyanın iclasında qəbul olunan qərarlar həyata keçiriləcək. Ümid edirik ki, koronavirus pandemiyası ilə bağlı azalan ticarət dövriyyəsi yenidən əvvəlki səviyyəyə qalxacaq”, - deyə C.Bayramov əlavə edib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

ARXİV

İyun 2021 (529)
May 2021 (752)
Aprel 2021 (728)
Mart 2021 (719)
Fevral 2021 (678)
Yanvar 2021 (741)

Рейтинг@Mail.ru