Lavrov Bakıdakı Müqəddəs Məryəm kilsəsində – Foto

may-11
18:31 2021

Azərbaycanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov Bakı şəhərindəki Müqəddəs Məryəm Mövlud kilsəsini ziyarət edib, burada aparılan bərpa işlərinin gedişi ilə tanış olub.

Rusiya XİN-in rəhbəri bu məbədin binasının 1896-cı ildə xeyriyyə vəsaitləri hesabına inşa edilməsi barədə məlumatlandırılıb. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra kilsənin fəaliyyəti dayandırılıb, onun binasından kazarma kimi istifadə edilib.

Qeyd olunub ki, 1944-cü ildə Müqəddəs Məryəm Mövlud kilsəsi yenidən öz qapılarını dindarların üzünə açıb. 2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə məbəddə genişmiqyaslı bərpa işləri başlanıb.

Rusiya XİN rəhbəri və Rusiya nümayəndə heyətinin üzvləri kilsənin inzibati binasında da olublar.


Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

ARXİV

İyun 2021 (531)
May 2021 (752)
Aprel 2021 (728)
Mart 2021 (719)
Fevral 2021 (678)
Yanvar 2021 (741)

Рейтинг@Mail.ru