Prezident Muxtar Babayevə daha bir vəzifə verdi

sen-22
17:44 2021

Prezident İlham Əliyev “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi, “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Dəyişikliklə “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

Cəmiyyətin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Müşahidə Şurasının sədri:

Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Müşahidə Şurasının üzvləri

Səməd Bəşirli – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müşaviri

Anar Novruzov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini.

Nazirlər Kabinetinə Cəmiyyətin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsindən irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək və Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ARXİV

Oktyabr 2021 (367)
Sentyabr 2021 (641)
Avqust 2021 (609)
İyul 2021 (642)
İyun 2021 (622)
May 2021 (748)

Рейтинг@Mail.ru