NATO yenə Ukrayna ilə bağlı Rusiyaya xəbərdarlıq edib

yan-14
12:49 2022
NATO yenə Ukrayna ilə bağlı Rusiyaya xəbərdarlıq edib
“Ukrayna bizim çox dəyərli tərəfdaşımızdır, lakin NATO müttəfiqi deyil”.

APA-nın xəbərinə görə, bunu NATO Baş katibi Yens Stoltenberq İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində deyib.

Baş katib bildirib ki, NATO Ukraynaya bu ölkənin fundamental hüququ olan özünümüdafiə sahəsində kömək edir: “Biz, xüsusən də ABŞ, Böyük Britaniya və Türkiyə avadanlıq və təlim sahəsində dəstək verir. Lakin Kiyev Ukraynanın müttəfiqi deyil. NATO-da müttəfiqləri müdafiə etmək öhdəliyi yalnız bloka üzv ölkələr üçün keçərlidir. Rusiya Ukraynaya qarşı yenidən güc tətbiq etsə, bu, strateji səhv olacaq və siyasi, iqtisadi və maliyyə sanksiyaları baxımından Rusiya ciddi nəticələrlə üzləşəcək. Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik. Bilirik ki, Kiyev 2014-cü illə müqayisədə indi özünü müdafiə etmək iqtidarındadır. Onun qüvvələri daha yaxşı hazırlanıb və daha yaxşı təchiz olunub. Təbii ki, bu sahədə nə lazımdırsa edəcəyik. Yenə qeyd edirəm ki, müdafiə öhdəliyi və müttəfiqləri qorumaq NATO üzvlərinə aiddir. Ukrayna məsələsində nəticələrin yeni iqtisadi sanksiyalar olacağını və bu ölkəyə dəstəyimizi verəcəyimizi bəyan etmişik”.

Ukraynanın NATO-ya nə zaman qoşula biləcəyi ilə bağlı sualı cavablandıran Yens Stoltenberq Kiyevin artıq alyansa qoşulmaq istəyini ifadə etdiyini, NATO müttəfiqlərinin də bu məsələnin müzakirə olunmasını və Ukrayna ilə birlikdə bununla bağlı işləməyi təklif etdiyini qeyd edib: “Biz Ukraynanı müxtəlif vasitələrlə dəstəkləyirik, bura islahatlar, NATO standartlarına uyğunlaşmaq üçün silahlı qüvvələrin modernləşdirilməsi aiddir. NATO-nun açıq qapı siyasətini hər zaman təşviq etmişik. Buxarest Sammitində elan etmişik ki, Ukrayna və Gürcüstan NATO-nun üzvü olacaq, lakin bunun nə zaman baş verəcəyi ilə bağlı vaxtı deməmişik”.

O, Moskvadan cavab gözlədiklərini vurğulayıb: “Bizim təqdim etdiyimiz təkliflərə onlar cavab verməyib. Sadəcə onu deyə bilərəm ki, danışıqlar çox çətin idi. Biz 4 saat ərzində müxtəlif məsələləri müzakirə etdik. Onlar müzakirələrdə öz təhlükəsizlik narahatlıqlarını qaldırdılar. Biz də öz narahatlıqlarımızı ifadə etdik. Gördük ki, bir çox məsələlərdə bizim yanaşmalarımız arasında nə qədər fərq var və bir-birimizdən nə qədər uzağıq. Bu, açıq, səmimi və mürəkkəb danışıqlar idi”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Yanvar 2022 (518)
Dekabr 2021 (554)
Noyabr 2021 (643)
Oktyabr 2021 (594)
Sentyabr 2021 (640)
Avqust 2021 (609)

Рейтинг@Mail.ru