Xəbərlər

Azərbaycan-Malayziya əlaqələri inkişaf edir

yan-21
18:41 2022


Yanvarın 21-də Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli ölkəmizdə səfərdə olan Malayziya xarici işlər nazirinin müavini Kamarudin Caffarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xeberfakt.az bildirir ki, qonaqları salamlayan vitse-spiker onlara Milli Məclisin sədri Sahibə Qafarovanın salamlarını çatdırıb. Bildirib ki, Azərbaycanla Malayziya arasında yaxın münasibətlər mövcuddur və siyasi, diplomatik əlaqələrimiz yüksək səviyyədədir.
İki ölkə arasında parlamentlərarası əməkdaşlıqdan danışan vitse-spiker bu sahədə qarşılıqlı parlament dostluq qruplarının fəaliyyətini xüsusi qeyd edib.

Fəzail İbrahimli Azərbaycanın 44 günlük Vətən müharibəsində Malayziyanın ölkəmizin haqq işini dəstəklədiyini xatırlayaraq, bu dəstəyin Azərbaycanda yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Vitse-spiker Ermənistanın torpaqlarımızı işğal altında saxladığı illər ərazində həyata keçirdiyi vandalizm, maddi-mədəni irsimizə, xüsusilə də məscidlərimizə qarşı qeyri-insani davranışları barədə qonaqlara məlumat verib.
Milli Məclisin sədr müavini Malayziyanın beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də ölkəmizə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Azərbaycana üçüncü dəfə səfər etdiyini deyən Malayziya xarici işlər nazirinin müavini Kamarudin Caffar budəfəki səfəri çərçivəsində keçirəcəyi görüşlərin əhəmiyyətini qeyd edib. Bildirib ki, bu cür səfərlər iki ölkə arasında münasibətlərin daha da inkişafı baxımından çox mühümdür. Malayziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkə kimi bir sıra məsələlərin həllində birgə fəaliyyət göstərməyin və bundan xalqlarımızın mənafeyi naminə bəhrələnməyin tərəfdarıdır.
Söhbət zamanı iki ölkə arasında parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışılıb, ölkələrimizin daha firavan gələcəyə nail olacağına əminlik ifadə edilib.
Görüşdə Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vüqar Bayramov, qrupun üzvləri Aydın Hüseynov, İqbal Məmmədov, Fazil Mustafa, malayziyalı diplomatlar və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

May 2022 (431)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)
Dekabr 2021 (554)

Рейтинг@Mail.ru