Xəbərlər

Putinlə Paşinyan sərhədlərin delimitasiya və demarkasiyasını müzakirə etdilər

yan-22
13:46 2022
Putinlə Paşinyan sərhədlərin delimitasiya və demarkasiyasını müzakirə etdilər
Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub. Telefon danışığı zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında qeyd olunan razılaşmaların icrasının praktiki aspektləri, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər müzakirə olunub.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) xətti ilə işin davam etdirilməsinin məqsədəuyğunluğu qeyd edilib.

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrliyi nəzərə alınaraq, təşkilat çərçivəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

Nikol Paşinyanın xahişi əsasında Vladimir Putin Rusiya Federasiyasının təhlükəsizliyinin təminatlarına dair ABŞ və onun müttəfiqləri ilə danışıqların gedişi barədə qısa məlumat verib. (Virtualaz.org)

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

May 2022 (431)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)
Dekabr 2021 (554)

Рейтинг@Mail.ru