Xəbərlər

Zəngəzur dəhlizi ilə bağlı YENİ XƏBƏR - VİDEO

yan-23
14:53 2022
Zəngəzur dəhlizi ilə bağlı YENİ XƏBƏR - VİDEO
Ələt-Horadiz-Ağbənd dəmiryol xəttinin Ələt-Osmanlı hissəsində – Kür çayı üzərində yeni körpü tikilir. Körpüdə aparılan işlərlə bağlı geniş məlumatı sujetdə təqdim edəcəyik. Yeni körpünün tikintisi yekunlaşan kimi köhnə dəmiryol körpüsünün yenidən qurulmasına başlanacaq.

Konstruksiyalar qurulub, böyük bir sahədə qızğın iş gedir. Yeni tikiləcək dəmiryol körpüsü bizi işğaldan azad olunmuş bölgələrimizə aparacaq. Yeni körpü 4 aşırımlı olmaqla Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində inşa olunur. Hazırda işlərin sürətlə aparılması üçün əraziyə müxtəlif təyinatlı texnikalar cəlb olunub.
KONKRET.az xəbər verir ki, çay üzərindəki körpünün tikintisi bu ilin əvvəlində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə həyata keçirilir. Tikintidən öncə ağırtonnajli texnikaların və digər nəqliyyat vasitələrinin normal hərəkət etməsi üçün Kür üzərində müvəqqəti estekada quraşdırılıb. Artıq tikinti zamanı xeyli sayda svaylar vurulub, körpünün yan dayaqlarının özülündə isə dəmir-beton işləri yekunlaşıb.
Hazırda dəmir-beton işlərinin görülməsi ilə yanaşı, aşırım hissəsində metal konstruksiyalar quraşdırılır. Tikintisi başa çatıb istismara verildikdən sonra dəmiryol körpüsü ölkəmiz üçün həm strateji, həm də iqtisadi əhəmiyyətə malik olacaq.
Metal məhəccərlə əhatələnəcək yeni körpünün inşasının iki il müddətinə yekunlaşması nəzərdə tutlub. Bundan sonra bir əsrdən çox yaşı olan mövcud körpünün yenidən qurulmasına başlanacaq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

May 2022 (431)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)
Dekabr 2021 (554)

Рейтинг@Mail.ru