Xəbərlər

Ərdoğan Finlandiya və İsveçin NATO-ya qəbul edilməsini İSTƏMƏDİ

may-13
15:20 2022
Türkiyə Finlandiya və İsveçin NATO-ya qəbulu ətrafında gedən prosesləri izləyir və hələlik buna müsbət baxa bilmir.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Biz prosesi izləyirik. Bu məsələ ilə bağlı müsbət fikrimiz yoxdur. Çünki bundan əvvəl Yunanıstanla bağlı səhv olub. Yunanıstanın Türkiyə ilə bağlı alyansdakı davranışından xəbəriniz var. Biz istəmirik, ki, ikinci səhvə yol verək”.

Ərdoğan deyib ki, Skandinaviya ölkələrində terrorçuları parlamentə buraxmaq kimi “qonaqpərvərlik” vərdişi var.

“Ona görə də biz hələlik buna müsbət baxa bilmərik”, - deyə Ərdoğan bildirib.

Finlandiya və İsveç rəhbərləri Rusiyanın Ukraynadakı müharibəsi fonunda uzunmüddətli neytrallıqlarından əl çəkərək NATO-ya üzv olmaq imkanlarından danışmağa başlayıb. Alyansın rəhbəri Yens Stoltenberq qeyd edib ki, NATO Finlandiya və İsveçi öz sıralarında görməkdən şad olacaq və onlara tez bir zamanda qoşulmaq imkanı verəcək.
Rusiya isə bəyan edib ki, NATO-nun daha da genişlənməsi Avropaya böyük təhlükəsizlik gətirməyəcək.

Siyasi ekspertlər deyirlər ki, Türkiyə etiraz etsə, Finlandiya və İsveç NATO-ya üzv ola bilməyəcək.  Çünki NATO-ya yeni üzvlərin daxil olması üçün bu hərbi ittifaqın bütün üzvlərinin razılığı lazımdır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

May 2022 (431)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)
Dekabr 2021 (554)

Рейтинг@Mail.ru