Xəbərlər

Aİ Ukraynaya daha 500 milyon avro ayırır - Silah alınacaq

may-13
16:40 2022
Avropa İttifaqı (Aİ) Ukraynaya 500 milyon avro məbləğində əlavə hərbi yardım edəcək.
 
Bunu Aİ-nin xarici siyasət üzrə nümayəndəsi Josep Borrell Almaniyada keçirilən G7-nin xarici işlər nazirləri çərçivəsindəki toplantıda deyib.
 
Borrell hərbi dəstəyin tank və artilleriya kimi ağır silahlardan ibarət olacağını bildirib. Ayrılan məbləğ Aİ-nin Ukraynaya yardımını təxminən 2 milyard avroya çatdıracaq.

Borrell həmçinin, yaxın günlərdə Rusiya neftinə embarqoya dair razılaşmanın əldə oluna biləcəyinə əminliyini ifadə edib.

"Mən əminəm ki, bizim razılaşmamız olacaq. Bu, bizə lazımdı. Biz Rusiyadan neft asılılığından qurtulmalıyıq", - o deyib.

Öz növbəsində Böyük Britaniyanın xarici işlər naziri Liz Truss Ukraynaya daha çox silah tədarük edilməsinə çağırıb.
 
“Hazırda Ukraynanı daha çox silahla təmin etməklə, sanksiyaları artırmaqla Vladimir Putinə təzyiq göstərməyimiz çox vacibdir”, - deyə Truss nazirlərin görüşü zamanı bildirib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

May 2022 (431)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)
Dekabr 2021 (554)

Рейтинг@Mail.ru