Xəbərlər

Revanşistlərin arxasında hansı ölkələr durur - Kontr-admiral AD ÇƏKDİ

may-13
17:20 2022
Ermənistanda aprelin 25-dən etibarən paytaxt İrəvan daxil olmaqla, ölkənin digər ərazilərində hökumətə qarşı etiraz aksiyaları başlayıb. Xalqı iqtidara qarşı mübarizəyə səsləyən müxalifət liderləri kütləvi aksiyaları Nikol Paşinyan rejimi ilə “son döyüş” adlandırırlar.
 
Baş nazirin əleyhdarları iddia edirlər ki, guya Paşinyan Qarabağı Azərbaycana, Ermənistanı isə Türkiyəyə təslim etməyə hazırdır. Ölkənin keçmiş rəhbərləri belə gülünc fikirlərlə xalqı ayağa qaldırmağa və hakimiyyəti devirməyə can atır.
 
Ermənistan küçələrində “Türkləşməyə yox!” şüarı ilə aksiyaların keçirilməsi Azərbaycan və Türkiyədə diqqətlə izlənilir. 
 

 
Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı Cihad Yaycı rəsmi Ankaranın Ermənistandakı aksiyalara münasibəti barədə  danışıb. 
 
Onun sözlərinə görə, hazırda Ermənistda baş verən hadisələrə dəstək verən qüvvələr var və onlar öz mövqelərindən çıxış edirlər: "Ermənistanda Azərbaycan və Türkiyənin qardaşlığını həzm edə bilmirlər. Buna qarşı çıxan qüvvələr var. Onlar Türkiyə-Azərbaycan birliyinin və gücünün nə olduğunu anlayırlar. Ona görə də gücümüzün artmaması və iki ölkə arasında əlaqələrin inkişafına mane olmaq üçün əllərindən gələni edirlər. Onu da bildirim ki, Ermənistanın özündə də hakimiyyətin sülh müqaviləsini bağlamağına qarşı olan qüvvələr mövcuddur. Əslində bu qüvvələrə dəstək verən ölkələr var. Bunlar Rusiya və Amerikadır".
 
Cihad Yaycı hesab edir ki, ABŞ və Rusiya bölgədə sülhün olmasını istəmir. Bununla bərabər Türkiyə və Azərbaycanın güclənməsini istəmirlər.
 
"Ortada bir həqiqət var ki, Türkiyə və Azərbaycan heç olmadığı qədər güclüdür. Mütləq iki ölkə ilə yaxşı münasibətlər qurmağa məcbur olacaqlar. Bu münasibətlərin qurulması ancaq özlərinə müsbət nəticə verəcək. Ona görə də belə çıxışlar, mitinqlər boşunadır. Ermənistanda nə baş versə də, Türkiyə və Azərbaycanın gücünə heç nə təsir edə bilməz”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

May 2022 (431)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)
Dekabr 2021 (554)

Рейтинг@Mail.ru