Xəbərlər

Kadırovun “Bayraktar” qorxusu - Ərdoğana MÜRACİƏT ETDİ

may-16
10:00 2022
Çeçenistan rəhbəri Ramzan Kadırov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib.

Kadırov Türkiyənin Ukraynaya “Bayraktar” PUA-ları verməsindən narahatlığını ifadə edib.
“Müsəlman ölkəsi olan Türkiyənin Ukraynaya “Bayraktar” pilotsuz uçuş aparatlarını tədarük etməsi ilə bağlı xəbər Rusiya müsəlmanlarını kədərləndirdi. İndi təsəvvür edin ki, onlar Türkiyənin İslamın qızğın əleyhdarlarını və ləkələyənlərini evakuasiya etməyə hazır olması barədə mesajı necə kəskin qəbul ediblər?”, - Kadırov bildirib.
Kadırov Ərdoğana müraciətində Türkiyənin “Azovstal”dan təxliyə etməyə çalışdığı ukraynalıların qatil olduğunu söyləyib:
“Sizə Rusiya təcavüzünün günahsız qurbanları kimi təqdim edilən azovlular qatil və ateistdirlər. Sizin köməyinizlə mühakimə və layiqli cəzadan yayınmaq istəyən cinayətkarlar tərəfindən aldanmağa imkan verməyin”.
Qeyd edək ki, Türkiyə Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodundan yaralı ukraynalı hərbçiləri dəniz yolu ilə təxliyə etməyə çalışır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

İyun 2022 (781)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)

Рейтинг@Mail.ru