Xəbərlər

Baydendən ermənilərə zərbə - Azərbaycanla bağlı 907-ci düzəliş bu il də ləğv olunur

iyn-24
16:30 2022

ABŞ prezidenti Co Bayden növbəti dəfə erməniləri qəzəbləndirib.


Co Bayden Azərbaycana yardım göstərilməsi ilə bağlı qadağanı - "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişi bu il də ləğv etmək qərarına gəlib.

Bu barədə Amerika Erməni Milli Komitəsinin (ANCA) məlumatında deyilir.

ANCA-nın icraçı direktoru Aram Hamparyan deyib ki, bu, Prezident Baydenin ilk belə qərarı deyil və atılan addım ABŞ-ın Azərbaycanın dövlət başçısı Əliyevə inamını artırır.

Onun sözlərinə görə, Amerika Erməni Milli Komitəsi 907-ci düzəlişlə bağlı təsir etmək və Azərbaycana hərbi yardımı neytrallaşdırmaq üçün ABŞ Senatı və Nümayəndələr Palatasının rəhbərliyi ilə əməkdaşlığı sürdürəcək.
 

Aram Hamparyan deyib ki, ABŞ prezidenti və Konqresi “Azadlığa Dəstək Aktı"nın postsovet və digər ölkələrə yardımı nəzərdə tutan 907-ci maddəsini dəstəkləməyə çağırmaq üçün kampaniyanı gücləndirəcək.

“Prezident Baydenin hər hansı əks hərəkəti onun mövqeyinə və “erməni soyqırımını” tanımaq ruhuna ziddir", - Hamparyan narazı şəkildə bildirib.


Xatırladaq ki, 1992-ci ilin oktyabrında ABŞ Konqresi keçmiş sovet respublikalarına dövlət yardımının göstərilməsini tənzimləyən "Azadlığa Dəstək Aktı”nı qəbul edib. Bu qanuna edilən 907-ci düzəliş Azərbaycana  Amerika hökuməti tərəfindən birbaşa yardımın göstərilməsinə qadağa qoyub.


Nəhayət 2002-ci ildə 907-ci düzəlişin qüvvədə olması ABŞ prezidenti tərəfindən dayandırılıb. Prezidentin bu qərarına ABŞ Konqresi də etiraz etməyib.


Amerika Erməni Milli Komitəsi narazı şəkildə bildirib ki, Azərbaycana yardımın göstərilməməsi ilə bağlı 907-ci düzəliş dayandırılandan sonra - 2002-ci ildən bəri Bakı Vaşinqtondan 800 milyon dollardan çox yardım alıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

ARXİV

Avqust 2022 (251)
İyul 2022 (744)
İyun 2022 (920)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)

Рейтинг@Mail.ru