Xəbərlər

"Qisas" hərbi əməliyyatı ermənilər üçün ciddi bir mesajdır

avq-04
13:00 2022

Azərbaycan ərazində Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında silahlı erməni birləşmələri 10 noyabr Birgə Bəyannaməsinin 4-cü bəndinə uyğun olaraq çıxarılmalı idi. Amma biz əksini gördük. Silahlı erməni birləşmələri Azərbacanın təhlükəsizliyini təhdid edərək terror-təxribat hallarına yol verir, təmas xətti yaradıb, mühəndis istehkam işləri aparırlar. Azərbaycan ərazisində məhz Azərbaycana qarşı bu kimi təhdidlərin qarşısı mütləq anılmalı idi.

Erməni silahlı separatçıların əsgərimizi şəhid etməsi fonunda başlayan "Qisas" hərbi əməliyyatı ermənilər üçün ciddi bir mesajdır. Qarabağda terrorçu rejim qurub, "səfərbərlik" elan edən Arayik Artunyan və onun havadarları unutmamalıdır ki, hər an "dəmir yumruq" onların başı üzərində olacaq.  

Bu gün Azərbaycanın anti-terror əməliyyatına qarşı heç bir dövlət və beynəlxalq təşkilat qarışa bilməz. Çünki, bu hərbi əməliyyat Azərbaycan ərazində keçirlir və Prezident İlham Əliyevin son xəbərdarlıqlarından nəticə götürmədilər.

Azərbaycanın məqsədi öz ərazisində qanunsuz erməni silahlılarını təmizləməkdir. Burada ölkəmiz heç kimə müharibə elan etməyib və heç bir mülki insanları hədəfə almayıb. Xankəndində olan separatçılar oradakı erməniləri əsir saxlayaraq öz ambisiyalarının qurbanına çevirib. Bu gün Azərbaycan ordusu məhz mülki erməniləri də terrorçu ermənilərin əsarətindən qurtaracaq.

Milli Cəbhə Partiyası - MCP sədr müavini Ehtiram Mehtiyev.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

ARXİV

Avqust 2022 (251)
İyul 2022 (744)
İyun 2022 (920)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)

Рейтинг@Mail.ru