Xəbərlər

Azərbaycana qarşı növbəti təxribat planı iflasa uğradı

noy-22
16:00 2022

Azərbaycana qarşı növbəti təxribat planı iflasa uğradı

"Fransa-Ermənistan cütlüyü rəsmi Paris üçün ən münbit məkan hesab edilən Frankofoniya təşkilatı çərçivəsində rüsvayçı məğlubiyyətlə üzləşdi və Azərbaycana qarşı həyata keçirilməsinə cəhd edilən növbəti təxribat planı da iflasa uğradı".

 

Bu sözləri  açıqlamasında Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyindəki çıxışını şərh edən millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.


Millət vəkilinin sözlərinə görə, Fransa və Ermənistanın Frankofoniya təşkilatı çərçivəsində gerçəkləşdirmək istədikləri anti-Azərbaycan planı sübuta yetirir ki, Paris və İrəvan regionda və bütövlükdə dünyada sülhün, əmin-amanlığın təmin olunmasında, xalqların dinc birgə yaşayışında maraqlı deyillər və hər iki ölkənin məqsədi mədəniyyətlərarası dialoqa maneə yaratmaq, ksenofobiyanı, islamafobiyanı, dözümsüzlüyü təşviq etməkdən ibarətdir:

 

“Fransa və Ermənistanın davranışları, bu ölkələrin təmsil olunduqları platformalara, yalnız öz irticaçı maraqlarını həyata keçirmək, təxribat törətmək niyyəti ilə yanaşdıqlarını sübuta yetirir. BMT Təhlükəsizlik Şurasında ölkəmizin əleyhinə qətnamənin qəbul edilməsinə çalışan və iflasa uğrayan Fransanın özünün yaratdığı təsisatda – Frankofoniya təşkilatında söz sahibi ola bilməməsi, rəsmi Paris üçün böyük rüsvayçılıq və eyni zamanda Azərbaycan diplomatiyasının qələbəsidir”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

ARXİV

Dekabr 2022 (88)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)
İyul 2022 (743)

Рейтинг@Mail.ru