Xəbərlər

İran Ali Rəhbərinin müşaviri: Azərbaycan hər hansı ölkənin hücumuna məruz qalarsa, İranı dəstək üçün yanında görəcək

noy-23
12:20 2022


İran Ali Rəhbərinin müşaviri: Azərbaycan hər hansı ölkənin hücumuna məruz qalarsa, İranı dəstək üçün yanında görəcək
İran Ali Rəhbərinin xarici siyasət üzrə müşaviri bildirib ki, İranın qüdrəti dostlarımıza deyil, İran və Azərbaycanın və həmçinin digər qonşularımızın düşmənlərinə qarşıdır: “Azərbaycan xalqı bizim gözümüzün nurudur. Son həftələrdə bəziləri məlumatsızlıqdan, bəziləri isə qərəzli şəkildə İranın Azərbaycan Respublikası ilə döyüşmək istədiyi barədə şayiələr yayırlar. Bu, İrana qarşı namərdcəsinə atılan böhtandır. İranın istər Qafqazda, istərsə də başqa yerdə heç bir ölkəyə, o cümlədən də qonşularına hücum etmək fikri yoxdur. Xüsusən də eyni irqdən, dildən, dindən, adət-ənənədən, tarixdən olan insanlar, yəni Azərbaycan Respublikasının xalqı gözümüzün işığıdır. İran İslam Respublikası bu gün də region xalqlarının xoşbəxtliyindən başqa bir şey istəmir və regionda heç bir ölkənin ərazisində gözü yoxdur. Azərbaycan əgər hər hansı ölkənin hücumuna məruz qalarsa, İranı dəstək üçün öz yanında görəcək. Arazın şimalındakı azərbaycanlılarla aramızda hər hansı səbəbdən ayrılıq olsa da, biz sərhədləri aradan qaldırıb, hər hansı yeri tutmağa çalışmırıq. Azərbaycan xalqı öz ölkəsini idarə edir və bu cür yersiz sözlər və ittihamlar əsassızdır və onlar - İran və Azərbaycanın düşmənləri bilsinlər ki, bununla bağlı səyləri nəticəsiz qalacaq”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

ARXİV

Dekabr 2022 (88)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)
İyul 2022 (743)

Рейтинг@Mail.ru