Xəbərlər

İran, nədənsə qatilə törətdiyi əmələ haqq qazandırmaq üçün şərait yaradır-BƏYANAT

yan-28
16:01 2023

xeberfakt.az

  27 yanvar 2023-cü il tarixdə Tehrandakı Azərbaycan səfirliyində terror aktı törədilməsini Vətəndaş Cəmiyyəti nümayəndələri hiddətlə qarşıladılar.

 QHT rəhbərləri BƏYANAT-larla çıxış edərək İran hakimiyyətinin Azərbaycana qarşı apardığı siyasəti məhz ermənilərə işbirliyi adlandırırlar.

 “ Miqrasiya Proseslərinin Tədqiqi” ictimai birliyinin üzvləri onlayn iclas keçirərək, fikirlərini bildiriblər. İctimai birliyin  sədri  Fəridə Hicran Bəyanatı YeniZamantv.az-a təqdim edib.

Bəyanatda deyilir:

 Tehrandakı Azərbaycan səfirliyində terror aktı törədən İran vətəndaşı Yasen Hüseynzadə istintaq təcridxanasında deyil, televiziyaların qarşısında   mətbuat konfransı keçirib. Başqa vaxt azad sözə görə insanları asan, işgəncələr verən İran, nədənsə qatilə törətdiyi əmələ haqq qazandırmaq üçün şərait yaradır.

 Artıq bir çox mənbələrdən gələn xəbərlər  Yasen Hüseynzadənin SEPAH-ın üzvü olduğunu ortaya çıxarıb. Bu fakt onu göstərir ki, Tehrandakı Azərbaycan səfirliyinə hücumun arxasında İran ali rəhbərliyi durur.

 İranın son zamanlar Azərbaycana qarşı  güc nümayişinə cəhdlərini və bu qanlı terror qınayırıq. Müsəlman ölkəsinin özünü  qonşusuna qarşı apardığı  terror siyasəti bir gün öz başında çatlayacaq.

 “ Miqrasiya Proseslərinin Tədqiqi” ictimai birliyinin üzvləri  Tehrandakı Azərbaycan səfirliyinə hücumun qarşısının alınmasında göstərdiyi şücaətə görə şəhidimiz Orxan Əsgərova rəhmət, yaxınlarına və xalqımıza baş sağlığı verir, yaralılarımıza  şəfa diləyir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Mart 2023 (490)
Fevral 2023 (544)
Yanvar 2023 (644)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)

Рейтинг@Mail.ru