Xəbərlər

Ermənistan KİV: “Qarabağda Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən 30-35 min nəfər var”

fev-01
11:20 2023









Ermənistan mətbuatında maraqlı məlumat yayılıb.

Hazırda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında yerləşən Azərbaycan ərazilərində yaşayan ermənilərin gələcək taleyilə bağlı mülahizələr yürüdən KİV həmin əhali üçün iki çıxış yolunun olduğunu bəyan edib.

Bildirilib ki, variantlardan biri vəziyyətin olduğu kimi saxlanılması, ikincisi isə ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməsidir.

Qeyd olunub ki, hazırda bölgədə ikinci varianta razı olan 30-35 min erməni var.

Vurğulanıb ki, yaxın gələcəkdə uyğun seçim etməyən ermənilərin Ermənistana köçməkdən başqa çıxış yolu qalmayacaq.

Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan 2022-ci il oktyabrın 7-də Praqa Bəyannaməsini imzalamaqla və Azərbaycanın ərazi bütövlüyünü tanımaqla, Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşları olduğunu mahiyyətcə tanıyıb və həmin sənədlə Paşinyan üzərinə öhdəlik götürüb ki, bundan sonra həmin şəxslərə Ermənistan Respublikası vətəndaşlığı verilməyəcək.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Mart 2023 (490)
Fevral 2023 (544)
Yanvar 2023 (644)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)

Рейтинг@Mail.ru