Xəbərlər

İrəvan mat vəziyyətindədir – Deputat

okt-31
17:32 2017
İrəvan mat vəziyyətindədir – Deputat


Nəhayət, neçə vaxtdır səbirsizliklə gözlədiyimiz Bakı-Tiflis-Qars dəmiryolu xəttinin açılışı baş tutdu.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Adil Əliyev bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bəzi xarici dairələr Bakı-Tiflis-Qars dəmiryolunun reallaşmasına inanmırdılar. Ancaq Azərbaycan, Gürcüstan və Türkiyə rəhbərliyinin vahid iradəsi və qətiyyəti layihənin gerçəkləşməsini sürətləndirdi:

“Layihənin bölgə üçün önəmi böyükdür. Azərbaycan olaraq faydasını sonradan hiss edəcəyik. Xüsusilə, layihə bütün türk dünyası üçün strateji önəm kəsb edir. Türk birliyini və həmrəyliyini sürətləndirəcək. Mərkəzi Asiya dövlətləri ilə iqtisadi əlaqələrə xüsusi impuls verəcək”.

A.Əliyevin sözlərinə görə, ən vacibi də odur ki, BTQ Avropa və Asiya arasında körpü rolu oynayacaq:

“Ermənistan da narahatdır. İrəvan mat vəziyyətindədir. Çünki regionda baş tutan iri iqtisadi layihələr Ermənistanın iqtisadi mühasirəsini sürətləndirir. Açılışlar İrəvana rəsmi Bakı tərəfindən tutarlı bir mesajdır; nə qədər ki, gec deyil İrəvan işğalçı siyasətindən əl çəkməlidir”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Mart 2023 (329)
Fevral 2023 (544)
Yanvar 2023 (644)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)

Рейтинг@Mail.ru