Agentlik: Mərkəzləşmiş ət kəsimi məntəqələrinin yaradılmasına ehtiyac var

iyn-06
11:06 2018
Agentlik: Mərkəzləşmiş ət kəsimi məntəqələrinin yaradılmasına ehtiyac var

Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunması üçün sahibkarlara müraciət edib.

Agentlikdən Xeberfakt.az -a verilən məlumata görə, müraciətdə deyilir ki, heyvan mənşəli qida məhsulları və onların istifadəsi qida zəncirinin yüksək risk dərəcəsinə malik olan sahəsidir:

"Əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında ət kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyətdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün ət kəsimi məntəqələrinin əhalinin qida təhlükəsizliyi tələblərinə, gigiyenik normalara uyğun formada fəaliyyətini həyata keçirməsi zərurəti meydana çıxır. Hazırkı şəraitdə bu sahədə səliqə-səhmanın yaradılması üçün sanitar gigiyenik tələblərə cavab verən mərkəzləşmiş ət kəsimi məntəqələrinin yaradılmasına ehtiyac var".

Agentlik hesab edir ki, əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunmasında nəticə əldə etmək üçün bu istiqamətində fəaliyyət göstərən sahibkarlarlıq subyektlərinin sahənin inkişafına öz tohfələrini verməsinin əsl vaxtıdır.

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu istiqamərdə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün lazım olan bütün köməkliklər həyata keçiriləcək.

Ət məhsulları sahəsində sağlam mühitin formalaşdırılması üçün heyvan kəsimi standartlara uyğun şəkildə həyata keçiriləcək və yalnız müəyyən laborator müayinələrdən sonra həmin məhsulların istehlakçılara çatdırılması təmin olunacaq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Dekabr 2021 (181)
Noyabr 2021 (643)
Oktyabr 2021 (594)
Sentyabr 2021 (640)
Avqust 2021 (609)
İyul 2021 (642)

Рейтинг@Mail.ru