Xəbərlər

Uşaqların döyüldüyü bağça FƏALİYYƏTİNİ DAYANDIRDI - DİREKTORDAN AÇIQLAMA

iyn-11
16:10 2018
Uşaqların döyüldüyü bağça FƏALİYYƏTİNİ DAYANDIRDI - DİREKTORDAN AÇIQLAMABu gün Bakıda yerləşən "Kids studio” bağçasında uşaqlara qarşı kobus rəftarı özündə əks etdirən görüntülər yayılıb.

Xeberfakt.az xəbər verir ki, azxeber.com saytının yaydığı görüntü sosial şəbəkələrdə kəskin tənqid olunub.

Məsələ ilə bağlı "Kids studio”nun direktoru Nigar Müseyibova BakuPost-a açıqlama verib. Bildirib ki, bağça fəaliyyətini dayandırıb:

"Orada aqressiya olmayıb. Müəllimə uşağı silkələyib. Bundan başqa, onlar tezləşdirilmiş kadrlardır. Ona görə kobud görünür. Tezləşdirilmiş kadrların da öz təsiri var. Biz bir müddət əvvəl bağçada çalışan bir nəfəri işdən çıxarmışıq. Həmin qız oturub bütün görüntüləri axtarıb, arasından yalnız bunları tapıb. Çünki başqa bu kimi rəftar qeydə alınmayıb bağçada. Qisas almaq üçün görüntüləri yayıb. Biz onu işdən oğurluq üstündə çıxarmışdıq”.

N. Müseyibova kadrlardakı uşağın F. Tağıyevanın qohum olduğunu deyib: "Həmin uşaq Firuzə müəllimənin öz qohumudur. Bundan başqa, o, yaxşı müəllimə olub. Uşaqları başının üstündə saxlayıb”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

May 2022 (431)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)
Dekabr 2021 (554)

Рейтинг@Mail.ru