Xəbərlər

Bağçada üzünə “dağ basılan” uşağın anası: Yalandır...

iyn-25
15:08 2018
Bağçada üzünə “dağ basılan” uşağın anası: Yalandır...Bağçada uşağımın üzünə tibbi yardım göstərmək istəyərkən yandırıblar. Ancaq indi həkimlər tərəfindən müayinə yazılıb, nəzarət edilir.

Xeberfakt.az xəbər verir ki, bu sözləri Axar.az-a Gəncə şəhəri 31 saylı körpələr evində bağça yoldaşı tərəfindən üzünün dişlənməsi və bağçadakı müəllimlərin yanlış müdaxiləsi nəticəsində üzündə yara əmələ gələn 1 yaş 6 aylıq İsmayılova Sara Hüseyn qızının anası deyib.

Valideyn qeyd edib ki, qızının üzündə yaranmış problemlə bağlı onun adından yanlış informasiyalar yayılır:

“Saytlarda və sosial şəbəkələrdə adımdan məlumatlar paylaşılır, onları mən yazmıram. Problemlə əlaqədar İcra Hakimiyyəti təcili addım atdı və işində məsuliyyətsiz olanlar cəzalandırıldı. Mən şikayət etmişdim və şikayətim araşdırıldı, addım atıldı. Hazırda həkim tərəfindən köməklik göstərilir. Bağçada ilk tibbi yardım göstərən müəllimə yanlışlığa yol verib uşağın üzünü yandırıb. Həkim müəyyən dərman və mazlar yazıb”.

Qeyd edək ki, bir neçə gün öncə sosial şəbəkədə Gəncədə yerləşən 31 saylı uşaq bağçasında Sara adlı körpənin üzünə dağ basılması ilə bağlı məlumat yayılıb və şəkillər paylaşılıb. Bağça rəhbərliyi isə bu iddianı təkzib edərək, uşağın üzünü digər bağça yoldaşı Hüseyn Əliyevin dişlədiyini bildirib.

Ailənin şikayətindən sonra körpələr evinin tərbiyəçisi İsmayılova Gülnarə Qəzənfər qızı və bağçanın sanitar dayəsi Zeynalova Solmaz Hüseyn qızı səhlənkarlığa görə Əmək Məcəlləsinin 72 E bəndinə əsasən işdən azad ediliblər. Bağçanın müdirəsi İsmayılova Günay Malik qızına isə töhmət verilib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

May 2022 (431)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)
Dekabr 2021 (554)

Рейтинг@Mail.ru