Xəbərlər

Dilqəmdən ürək ağrıdan məktub: "Vəziyyətim pisdir"

yan-31
14:19 2017
Dilqəmdən ürək ağrıdan məktub: "Vəziyyətim pisdir"Erməni işğalçıları tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov ailəsinə növbəti dəfə məktub göndərib.

Bu barədə azvision.az-a girovun qardaşı Sahib Musayev məlumat verib. Onun sözlərinə görə, Dilqəm Əsgərovun səhhətində ciddi problemlər var.

"Qardaşım məktubuma cavab yazıb. Heç də yaxşı xəbər almamışam. Dilqəm səhhətində ciddi problemlərin olduğunu, vəziyyətinin pis olduğunu yazıb. O, məktubunda xəstə olduğunu, ürəyində, başında və sağ ayağında şiddətli ağrıların olduğunu bildirib. Qeyd edib ki, xəstəliyinə görə hazırda müalicə alır, ona iynə vururlar. Dilqəmin səhhətinə görə çox narahatıq".

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyidi düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Mart 2023 (481)
Fevral 2023 (544)
Yanvar 2023 (644)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)

Рейтинг@Mail.ru