“Gəncə işi” üzrə həbs edilən şəxsə 13 maddə üzrə bəraət verildi

yan-10
17:22 2022

2018-ci ildə Gəncədə baş verən iğtişaşlar zamanı saxlanılan şəxslərdən biri Yusif Sadıxovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, Y.Sadıxov 4 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Bu barədə vəkil Ceyhun Yusifov məlumat verib.

Belə ki, Y.Sadıxov ittiham olunduğu 15 maddədən 13-ü üzrə bəraət alıb. Cinayət Məcəlləsinin 28.214-cü (terroçuluğa hazırlıq) və 28.277-ci (sui-qəsdə hazırlıq) maddələri CM-nin 307.3-cü (Qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsinə tövsif edilib.

Qeyd edək ki, dövlət ittihamçısı Y.Sadıxovun 16 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, Gəncə hadisələri ilə bağlı 83 nəfər cinayət məsuliyyətinə cəlb olunub və barələrində axtarış elan edilənlər də var idi. İğtişaşlar zamanı Gəncə İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevi öldürməyə cəhd edən Yunis Səfərov ömürlük azadlıqdan məhrum edilib.//Qafqazinfo

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Yanvar 2022 (517)
Dekabr 2021 (554)
Noyabr 2021 (643)
Oktyabr 2021 (594)
Sentyabr 2021 (640)
Avqust 2021 (609)

Рейтинг@Mail.ru