Azərbaycanda distant iş rejimilə bağlı dəyişiklik EDİLİR

yan-12
11:25 2022

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) üzvləri ilə görüş olub.

Xeberfakt.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Modern.az-a verilən xəbərə görə, görüşdə nazir Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi, ölkəmizdə sahibkarlığın inkişafının bütün istiqamətlər üzrə dövlət tərəfindən dəstəkləndiyini, ölkə iqtisadiyyatında özəl sektorun rolunun davamlı artmaqda olduğunu bildirib.


Nazir biznes strukturları ilə sosial tərəfdaşlığa xüsusi önəm verildiyini, əmək və məşğulluq sahələrində aparılan islahatlarda sahibkarlarla sosial dialoqa əsaslanan əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb.

S. Babayev əmək qanunvericiliyinin əmək bazarında yaranan yeni çağırışlara, müasir tələblərə uyğun təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması prosesində də işəgötürənlərin, o cümlədən özəl sektorun nümayəndələrinin iştirakına xüsusi önəm verildiyini qeyd edib. “AmCham Azərbaycan”da təmsil olunan şirkətlərlə bu sahədə də müsbət əməkdaşlıq təcrübəsinin formalaşdığını, təşkilatla nazirlik arasında mütəmadi görüşlər, müzakirələr keçirildiyini bildirib.


“AmCham Azərbaycan”ın prezidenti Nuran Kərimov əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində aparılan islahatların Palata tərəfindən maraqla izlənildiyini, nazirlik və özəl sektor arasında əmək bazarına dair islahatlara dair fikir və məlumat mübadilələri aparmağa, özəl sektorun təkliflərini təqdim etməyə imkan verən belə görüşlərin əhəmiyyətini vurğulayıb.

Görüşdə Palatanın bir sıra təklifləri, o cümlədən qanunverciliyə əmək funksiyalarının evdən yerinə yetirilməsi və distant iş ilə bağlı dəyişiklik və belə iş formasında əmək münasibətlərində hüquqi tənzimləmələrə dair təklifləri diqqətə çatdırılıb.


Bu təkliflə bağlı bildirilib ki, Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında yeni qanun layihəsində “distant (məsafədən) iş”, əmək funksiyalarının elektron, proqram-texniki, telekommunikasiya vasitələri əsasında işəgötürənin iş yerlərindən kənarda yerləşən, əmək funksiyalarının yerinə yetirilməsi üçün münasib olan digər yerdə, məsələn evdə, mehmanxanada və s. yerinə yetirilməsi forması nəzərdə tutulub.


Həmçinin, əmək funksiyalarının distant (məsafədən) iş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtlərinin tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsində müəyyən edilməsi təklifi də layihədə əksini tapır. Eləcə də distant iş ilə bağlı əmək münasibətlərində hüquqi tənzimləmələrin formalaşdırılması, işçilərin ezamiyyətə göndərilməsi qaydalarının təkmilləşdirilməsi və s. ilə bağlı Palatanın təkliflərinə dair müzakirələr aparılıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Yanvar 2022 (518)
Dekabr 2021 (554)
Noyabr 2021 (643)
Oktyabr 2021 (594)
Sentyabr 2021 (640)
Avqust 2021 (609)

Рейтинг@Mail.ru