Xəbərlər

“AzerGold”un “Təqaüd proqramı” müsabiqəsi çərçivəsində test imtahanı keçiriləcək

avq-04
11:00 2022

“AzerGold” QSC tərəfindən dağ-mədən sahəsi üzrə təhsil alan ali məktəb tələbələri üçün elan edilmiş ikinci “Təqaüd proqramı” müsabiqəsinin test imtahanı mərhələsinə start verilib.

 

“AzerGold”dan  verilən məlumata görə, müsabiqədə iştirak üçün daxil olan bütün müraciətlərə aidiyyəti üzrə baxılaraq, əvvəlcədən elan edilmiş şərtlərə cavab verən bütün namizədlər test imtahanı mərhələsində iştirak hüququ əldə ediblər.

 

İmtahan 13 avqust 2022-ci il tarixində saat 10:00-da “AzerGold” QSC-nin baş ofisində keçiriləcək. İmtahanda iştiraka dair rəsmi bildiriş alan namizədlərdən 13 avqust tarixində, saat 09:40-dan gec olmayaraq Bakı şəhəri, Mikayıl Müşfiq küçəsi 2H ünvanına gəlmələri xahiş olunur. İmtahanın müddəti 1 saatdır.

 

Müsabiqəyə dair əlavə məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

ARXİV

Avqust 2022 (251)
İyul 2022 (744)
İyun 2022 (920)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)

Рейтинг@Mail.ru