Xəbərlər

Sabiq deputatın rəhbərlik etdiyi zavodun gəlirləri kəskin azaldı - BAĞLANACAQ?

avq-04
14:00 2022

“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ötən il üçün maliyyə hesabatını açıqlayıb.

xeberfakt.az-ın məlumatına görə, yeniavaz.com açıqlanan hesabata istinadən bildirir ki, zavod il ərzində 2 milyon 22 min 227 manat xalis mənfəət əldə edib.

Bu, əvvəlki illə müqayisədə 3,6 dəfə az olub. Belə ki, “Gəncə Avtomobil Zavodu” 2020-ci ildə 7 milyon 396 min 335 manat xalis mənfəət ədə etmişdi.
Məlumat üçün bildirək ki, “Gəncə Avtomobil Zavodu”nun inşasına 1986-cı ildə başlanılsa da Sovet ittifaqının dağılması nəticəində yarımçıq qalıb. “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi 1995-ci ildə rəsmi dövlət qeydiyyatına alınıb. Zavodda ilk avtomobil istehsalı (yığılması) 2004-cü ildə reallaşıb. Rəsmi məlumatlarda “Gəncə Avtomobil Zavodu”nun qanuni təmsilçisi (direktor) kimi Nəbiyev Bağban Qoca oğlu qeyd olunub. Zavodun rəsmi veb-saytında isə direktor kimi Kamran Nəzərovun adı yazılıb. Bağban Nəbiyev isə 1-ci müavin olaraq göstərilir.
Onu da bildirək ki, Gəncə Avtomobil Zavodu” İstehsalat birliyinin Müşahidə Şurasının sədri sabiq millət vəkili Xanlar Fətiyevdir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

ARXİV

Avqust 2022 (251)
İyul 2022 (744)
İyun 2022 (920)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)

Рейтинг@Mail.ru