Xəbərlər

“ARAZ” MARKETLƏRDƏ DİQQƏTLİ OLUN – MÜŞTƏRİDƏN ÇAĞIRIŞ /FOTO

avq-10
09:00 2022


“ARAZ” MARKETLƏRDƏ DİQQƏTLİ OLUN – MÜŞTƏRİDƏN ÇAĞIRIŞ /FOTO

 

 

 

 

“Veysəloğlu” şirkətinin tabeliyində olan “Araz” marketlər şəbəkəsində istehlakçıları aldadırlar.  Araz Məmmədov bu haqda fakt təqdim edib. Müştəri deyir ki, bu mağazadan alış-veriş edərkən diqqətli olun: “Babək prospektində yerləşən mağazadan “Uludağ” adlı içki götürdüm, deməli vitrində 2.49 silinib endirimlə 1.89 göstərilib, çekdə isə məhsulun qiyməti 2.29 azn çıxdı. Bunu görüb qayıdıb etiraz etdikdən sonra məbləği geri qaytardılar.
Belə başa düşmək olur ki, əslində məhsulun qiyməti 2.29 manatdır, vitrində qiymətdən baha 2.49 göstərib üstündən xətt çəkib 1.89 qoyurlar ki guya böyük endirim olub. Məhsulun öz qiymətindən baha yazıb endirimli göstərməyi bir yana qalsın, kassada heç endirimli qiyməti də çıxmır, öz qiymətini vururlar”.
“ARAZ” MARKETLƏRDƏ DİQQƏTLİ OLUN – MÜŞTƏRİDƏN ÇAĞIRIŞ /FOTO
Şikayətçi qeyd edir ki, endirimli göstərilən məhsulları gün ərzində nə qədər alıcı görüb inanıb alır, bəlkə çoxu heç fikir də vermir və aldanır: “Gərək aldığın məhsulların bütün qiymətlərini və çeki analiz edəsən, yoxsa mağaza tərəfdən aldanmağından heç xəbərin olmayacaq” .

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Oktyabr 2022 (193)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)
İyul 2022 (743)
İyun 2022 (920)
May 2022 (863)

Рейтинг@Mail.ru