Xəbərlər

"Sahil-R" MTK-nın Nəsimi rayonu ərazisindəki özbaşınalıqları vətəndaşların narazılığına səbəb oldu... - Sakinlər mənzillərinə vahimə içərisində gedir..

avq-12
15:00 2022

"Sahil-R" MTK-nın Nəsimi rayonu ərazisindəki özbaşınalıqları vətəndaşların narazılığına səbəb oldu... - Sakinlər mənzillərinə vahimə içərisində gedir..

Bir neçə gün öncə, müxbirimizin Nəsimi rayon, Akademik Mirqasımov küçəsi, 55,57,59 saylı binaların qarşısından keçərkən sakinlərdən birinin əsəbi halda danışdığını müşahidə etmişdir. Qısa dialoqdan sonra, həmin şəxs başına gələnləri redaksiyamıza təqdim edəcəyini bildirmişdir.
Redaksiyamıza daxil olmuş şikayət ərizəsini olduğu kimi oxucularımıza təqdim edirik.
Nəzərinizə çatdırırıq ki, “Sahil-R” MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Akademik M.Mirqasımov küçəsi, ev 55, 57, 59 ünvanında yerləşən binanın inşası 2016-cı ildə başa çatdırılmış və istismara verilmişdir. …
Binada təhlükəli və insan ölümü ilə nəticələnə biləcək problemlərdən başlıcası “Sahil-R” MTK tərəfindən müvafiq standartlara cavab verməyən liftlərin quraşdırılmasıdır. MTK rəhbərliyinin təqdim etdiyi sənədlərə əsasən bu liftlər HKS Has Asansör LTD ŞTİ-yə məxsusdur. Sakinlər tərəfindən dəvət olunmuş mütəxəssislərin şifahi rəyinə əsasən, quraşdırılmış liftlər 8-10 mərtəbəli binalar üçün nəzərdə tutulmuşdur. Liftlər texniki parametrlərinə görə tələblərə cavab vermədiyi üçün mütəmadi olaraq sıradan çıxır, bu isə sakinlərin (azyaşlı uşaqlar, yaşlı və səhhətində müxtəlif problemi olan insanların) liftdə qalması ilə nəticələnir. Sakinlərin haqlı narazılığına cavab olaraq, MTK rəhbərliyi dəfələrlə bildirmişdir ki, liftlər istismara yararsız olsa idi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən rəy verilməzdi. Digər tərəfdən onu da qeyd etmək istəyirik ki, bizim binanın həyətində digər binaya məxsus olan uşaq baxçasının istifadəsi üçün nəzərdə tutulmuş oyun sahəsinin yerləşməsidir. Qanunvericilikdə də qeyd edilmişdir ki, ictimai təyinatlı sahələr (obyektlər) binanın həyətində yerləşirsə binanın və yaşayış ərazisinin sakinlərinə xidmət etmək üçün nəzərdə tutulmalıdır. MTK yenidən qanunvericiliyin tələblərini kobud surətdə pozur, sakinlərin həyətyanı sahədən məqsədyönlü istifadəsini məhdudlaşdırır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununa əsasən stasionar şəkildə quraşdırılmış və səyyar yükqaldıran mexanizmlər eskalator, kanat yolları, funikulyor və liftlər təhlükə potensiallı istehsal obyektləridir. “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli, 597 saylı Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazə verən, tikintiyə icazə üçün müraciət edilməzdən əvvəl aparılacaq tikintinin icazə verilən parametrləri barədə müraciətlərə baxan, tikinti məqsədləri üçün torpaq sahəsi ayrılarkən həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğunu yoxlayan, səyyar və əsaslı tikinti olmayan obyektlərin, xırda pərakəndə ticarət obyektlərinin və komplekslərinin uyğunluğuna dair rəy verən, şəhərsalma kadastrının aparılmasını təmin edən, habelə bu Əsasnamədə nəzərdə tutulmuş digər sahələrdə fəaliyyət göstərən, statusu mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin statusuna bərabər sayılan, Komitənin strukturuna daxil olan qurumdur. Qeyd etmək istəyirik ki, “SunLab” tibb müəssisəsi binanın Mirəli Qaşqay küçəsinə baxan hissəsində, fasadda əlavə artırmalar etmiş və bununla qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 62-ci maddəsinə görə birinci mərtəbəsinin döşəməsindən sonuncu mərtəbəsinin döşəməsinə qədər hündürlüyü 11,2 metrdən çox olan yaşayış binalarında həmçinin liftlər quraşdırılır. Liftlər təhlükəsizlik tədbirlərinə əməl edilməklə quraşdırılmalı və istifadə zamanı təhlükə yaranmasının qarşısını alan keyfiyyətə malik olmalıdır. Liftlərin yerləşdiyi obyektlərin sahibləri bu qurğuları saz vəziyyətdə saxlamağa borcludur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır: ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Yaşayış Binalarının Layihələndirmə Normalarının 4-cü bəndinə əsasən, yaşayış binaları, pilləkənlər, pilləkən qəfəsləri, çıxış və girişlər, dəhlizlər, açıq keçidlər, rampalar, liftlər, əlilliyi olan şəxslərin yaşadıqları mənzillərin giriş qapıları əlilliyi olan şəxslərin rahat və təhlükəsiz hərəkəti üçün ağlabatan uyğunlaşdırılmalıdır. Həmin əsasnamənin 4.10-cu bəndinə əsasən liftin qarşısındakı meydançanın eni və liftin ölçüləri təcili yardım xərəyində daşınan xəstəni liftə keçirməyə imkan verməli və aşağıdakı göstəricilərdən az olmamalıdır: - yükgötürmə qabiliyyəti 1000 kq-a qədər, kabinəsinin eni 2100 mm olan liftin qarşısında -1,6 m-dən; - yükgötürmə qabiliyyəti 1000 kq-a qədər, kabinəsinin dərinliyi 2100 mm olan liftin qarşısında - 2,1 m-dən az olmamalıdır. Həmin əsasnamənin 7.3-ci bəndinə əsasən hündürlüyü 28 m-dən artıq olan binaların lift şaxtalarında yanğın zamanı AzDTN 2.12-2-yə uyğun olaraq xarici havanın verilməsi təmin olunmalıdır. Həmin əsasnamənin 7.4.6-cı bəndinə əsasən hündürlüyü 50 m-dən çox olan yaşayış binalarında liftlərdən biri yanğınsöndürmə heyətinin daşınmasını təmin etməlidir. “Sahil-R” MTK tərəfindən müvafiq standartlara cavab verməyən liftlərin quraşdırılması ilə qanunvericiliyin tələbləri ciddi surətdə pozulmuşdur. Biz sakinləri narahat edən digər problem isə binanın özəyində “Bazarstore” marketinə, “Sun Lab” tibb müəssisəsinə, “Göygöl” kafesinə və digər obyektlərə məxsus iri həcmli avadanlıqların (mərkəzi havalandırma sisteminə aid qurğuların, iri həcmli kondisionerlər, çillerlər, binanın fasadına quraşdırılmış və nəzarətsiz qalan kombilər) yerləşdirilməsidir. Binanın özəyinə quraşdırılmış avadanlıqlar ciddi vibrasiyaya, səs-küyə səbəb olur. Bundan əlavə, yuxarıda adı çəkilən “Bazarstore”a məxsus təhlükə mənbəyi (yanğın və s) olan generatorun və stabilizatorun sakinlərin istirahəti üçün nəzərdə tutulmuş sahədə yerləşdirilməsidir. Elektrik istehlakı kəsilən zaman generator işə düşür ki, bu da sakinlərin ciddi narahatçılığı və narazılığına səbəb olan tüstü və yüksək səs yaradır. Qeyd olunanları nəzərə alaraq, liftlərin standartlara cavab verən liftlərlə əvəz olunmasına, sakinlərin istirahəti üçün nəzərdə tutulmuş həyətyanı sahədən digər binanın uşaq bağçasına məxsus oyun sahəsinin, “Bazarstore”a məxsus təhlükə mənbəyi (yanğın və s) olan generatorun və stabilizatorun götürülməsinə dair, eləcə də Feyzulla Qasımzadə və Mirəli Qaşqay küçələrinə piyada səkilərinin çəkilməsinə dair “Sahil-R” MTK-ya göstəriş verməyinizi Sizdən xahiş edirik.
Redaksiyadan:
Biz redaksiya olaraq, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdan, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevdən, Azərbaycan Avtomobil Yolları Dövlət Aqentliyinin sədri Saleh Məmmədovdan, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asıf Əsgərovdan sakinlərin haqlı narazılığına münasibət bildiməsini xahiş edirik.
gundelik baki.com

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Oktyabr 2022 (193)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)
İyul 2022 (743)
İyun 2022 (920)
May 2022 (863)

Рейтинг@Mail.ru