Xəbərlər

Generalın səhhəti pisləşdi, nitqi tutuldu: Vəzifədən azad olunur? - NƏ BAŞ VERİR?

sen-21
18:40 2022



 

 

 

 

Generalın səhhəti pisləşdi, nitqi tutuldu: Vəzifədən azad olunur? - NƏ BAŞ VERİR?

Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Cavad oğlu Tağı-zadənin səhhətində ciddi problemlər yaranıb.

Ötən ilin aprel ayında FHN-nin Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevin həbsindən sonra nazir müavinin səhhətində ciddi problemlər yaranmağa başlayıb. General-leytenant hazırda nitq pozulması, beyin təzyiqi diaqnozları ilə müalicə olunur.

Məlumata görə, Faiq Tağı-zadə büllutenə çıxaraq, nazirlikdəki əmək fəaliyyətini dayandırıb. Bu ilin noyabr ayında 71 yaşı tamam olacaq nazir müavinin vəzifəsindən azad olunacağı gözlənilir.

Qeyd edək ki, Faiq Tağı-zadə 17 noyabr 1951-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, tibb elmləri namizədidir. 3 may 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə fövqəladə hallar nazirinin müavini təyin edilib. Ailəlidir. 3 övladı var.

2021-ci ilin aprelində həbs olunan FHN-nin Zığdakı Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev Faiq Tağı-zadənin bacısı oğludur. İmran Ağayev və xəstəxananın bir neçə əməkdaşı xəstələrdən pul almaqda ittiham edilib. Generalın bacısı oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 3 ay azadlıqdan məhrum edilsə də, Bakı Apellyasiya Məhkəməsi cəzanı 4 ilə endirib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Oktyabr 2022 (193)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)
İyul 2022 (743)
İyun 2022 (920)
May 2022 (863)

Рейтинг@Mail.ru