Xəbərlər

Hicran Hüseynovanın XARAB MƏNTİQİ - Onun özünü HƏDƏFƏ GƏTİRDİ

sen-22
14:40 2022

Hicran Hüseynovanın XARAB MƏNTİQİ - Onun özünü HƏDƏFƏ GƏTİRDİ

Dünən daha bir deputatımız GÜL VURDU... Yox, daha dəqiqi rəsmən GÜL AÇDI... Özünü hədəf kimi meydana tulladı ki, üzərinə nəzərlər tuşlansın...

Bizim bəzi deputatlarımız özlərini sanki şou-biznes adamı kimi aparırlar... Elə zənn edirlər ki, gündəmdə qalmaq, hansı yolla olursa-olsun gündəmi məşğul etmək onların işlərinə yarayır. Sanki toy tuturmuşlar kimi...

Gələk əsas məsələyə...

“Sosial yardım insanları xarab edib”. Dünən bəlli oldu ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova deyib.

Parlamentin komitə sədri bildirib ki, insanlar işləmək istəmirlər: “Müraciət edir ki, mənə yardım düzəldin. Mən onlara iş deyirəm, amma insanlar balaca da olsa, o yardımı almağa üstünlük verir. Belə olmaz”.

Hicran Hüseynova qeyd edib ki, işsiz olduğunu deyən insanlar Dövlət Məşğulluq Agentliyinin müvafiq strukturlarına müraciət etmirlər: “Amma biz insanları nazirliklərin gördüyü işlərlə bağlı da məlumatlandırmalı, əlaqələndirməliyik”.

Deputatın öz fikrini biabırçı formada ifadə etməsi cəmiyyət tərəfindən də birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə aktiv müzakirə olunub. Yox, buna aktiv müzakirə yox, aktiv QINAMA deyirlər...

Hətta iş o həddə çatıb ki, camaatı sosial yardımın XARAB etdiyini qeyd edərək ortaya bir XARAB MƏNTİQ qoyan deputatımızın xaricdəki səltənətini də yarışma mövzusuna çeviriblər.

Bu barədə məlumat yazan araşdırmaçı jurnalist Cavanşir Həsənli qeyd edir:

"Sosial yardım bunları necə xarab edibsə Fransada, Aralıq dənizi sahillərində (Nitsa yaxınlığındakı kurort rayonunda) 2 milyonluq villa alıblar...."

Hə, bu qədər... Yəqin ki Hicran xanım bundan sonra daha tədbirli olar ifadələrini seçərkən...

Məsələ ilə əlaqədar  qarşı tərəfi də dinləməyə hazırıq...

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Oktyabr 2022 (193)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)
İyul 2022 (743)
İyun 2022 (920)
May 2022 (863)

Рейтинг@Mail.ru